“Biz gənclər Ali Baş Komandanımızın əmrinə hər an hazırıq”

“Heç kəsdə şübhə doğurmur ki, bu gün Azərbaycan işğal altında olan torpaqlarını müharibə yolu ilə ən qısa zamanda azad etmək imkanlarına malikdir. Ordumuzun yüksək döyüş hazırlıq qabiliyyəti, ən son növ döyüş texnikası və hərbi avadanlıqlar ilə təmin olunması eləcə də gənclərimizin ölkə rəhbərliyinə və ordumuza verdiyi dəstək bunu deməyə əsas verir.

İyulun 12-də Azərbaycan - Ermənistan sərhəddində, Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində təxribatının qarşısını ləyaqətlə alması bir daha ordumuzda özünə inam hissi qazandırıb. Düşmən tərəfinin qəfil hücuma keçməsi zamanı ordumuz müdafiə olunaraq vətənimizin ərazi bütövlüyünün qorunub saxlanılması və yağı düşmənə layiqli cavab verərək onların qanunsuz əməllərini bir daha ifşa etmiş oldu”. Bu fikirləri “Səs” qəzetinə aciqlamasında bildirən YAP Ağcabədi rayon təşkilatınin məsləhətçisi və gənclər birliyinini üzvü Elşən Səfərov qeyd edib ki, ağır keçən döyüşlərdə erməni ordusunun hücumu nəticəsində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnikİ lqar Mirzəyev və həmçinin hücumun qarşısını alarkən 10 hərbi qulluqçu da qəhramancasına həlak olub. Öz canları, qanları bahasına vətənimizin müdafiəsinə qalxan igid oğullarımız şəhidlik zirvəsinə ucaldılar.

Xalq öz şəhidlərini böyük izdiham və qürur hissi ilə son mənzilə yola salarkən hamı bir daha inandı ki, şəhidlərimizin qanı yerdə qalmayacaq, Ali Baş Komandanın əmr verməsi ilə silaha sarılıb torpaqlarımızın azadlığı ugrunda hər an döyüşə getməyə hazır olduqlarını bildiriblər: “Sevindirici hal ondadır ki, nəinki paytaxt Bakıda, eləcə də respublikamızın digər şəhər və rayonlarında ordumuza dəstək aksiyası keçirildi.Əsasən böyük əksəriyyəti gənclərdən ibarət olan aksiya iştirakçıları, düşmən təxribatlarına son qoymağa və torpaqlarımızdan bir dəfəlik getmələri tələb olunarkən, “Qarabağ Azərbaycandır” “Qarabağa Azadlıq” şüarları səsləndirildi. Ancaq təəssüf hissi ilə bildirmək istəyirik ki,bu gün həm daxili, həm də xarici düşmənlərimiz Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasından çox narahatdırlar.Əsasən radikal müxalifətin yarıtmaz siyasəti və fikirləri əhali arasında narahatçılıq doğurmaqdadır. Sapı özümüzdən olan baltalar Avropanın bir çox ölkələrində oturub, ölkəmiz əleyhinə çıxışlar edərək,erməni dəyirmanına su tökməklə məşğul olurlar. Hətta erməni havadarlarının dəstəyi ilə Azərbaycan xalqını təhqir etməkdən belə çəkinmirlər. Belələri əsasən sosial şəbəkələr vasitəsi ilə öz çirkin əməllərini açıq aşkar yaymaqda, eləcə də heç bir həqiqətə sığmayan fikirlərlə əslində erməni vandallarının satılmış olduqlarını isbat etmiş olurlar. Biz Azərbaycan gəncləri olaraq mübarizəmizi sosial şəbəkələr vasitəsi ilə də aparmalıyıq ki, düşmən tərəfi bizim hansı gücdə olduğumuzu bir daha görmüş olsun. Biz bilirik ki, bütün dünyada müharibələr tək səngərlərdə getmir. Müasir dövrün tələblərinə uyğun olaraq informasiya müharibəsi günümüzün aktual məsələlərindən biri olmaqda davam edir”.

Bütün bu baş verən hadisələrdən biz gənclər kənarda qalmamalı, əksinə hər an, hər dəqiqə daxili və xarici düşmənlərimizə zamanında layiqli cavab vermək bizim vətəndaşlıq borcumuz olduğunu unutmamalıyıq. Qeyd etmək istəyirəm ki, təmsil olundugum Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı və gənclər birliyinin üzvləri, işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində Ali Baş Komandanımızın əmr və tapşırıqlarına hər an hazırıq. Əldə silah vətənimizin müdafiəsi uğrunda mübarizəyə qalxmaq zamanını səbrsizliklə gözləyirik, -deyə Elşən Səfərov bildirib.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə