Mehriban Əliyevanın varlığı cəmiyyətimizdə xanımlara münasibəti dəyişib…

Mən millətimin içindən çıxan liderlərin hamısına hörmətlə yanaşıram. Onların hamısının millətimiz üçün gördüyü yaxşı işləri qiymətləndirirəm. Ancaq liderlərimiz içində qadın liderlərə qarşı sevgim daha da böyükdür. Qədimdə əcdadlarımızın Orta Asiyada köçəbə yaşadığı zamanlarda çinlilərlə apardığı mübarizələr zamanı İşbara Alpın qızı Almılanın qəhrəmanlıqlarını dəfələrlə oxuyarkən Türk qadınının liderlik xüsusiyyətlərinə heyran olmuşdum.

Daha sonrakı dövrlərdə Azərbaycanın qadın qəhrəmanı Tomiris öz üstün liderlik xüsusiyyətləri və keyfiyyətləri ilə tarixdə öz sözünü demişdir. İslamdan öncə də Türk qadını tarix boyu kişilərlə çiyin çiyinə döyüşmüş, öz həyat yoldaşının dayağı olmuşdur. Biz bu qadın liderlərimizi tarixdən oxumaqla yanaşı günümüzdə də onlar qədər üstün keyfiyyətli liderlərimizlə bir dövrdə yaşayırıq və ona görə də özümüzü xoşbəxt hesab edə bilərik.

Bu baxımdan Mehriban Əliyevanı xanım lider olaraq xalqımızın böyük rəğbətini və sevgisini qazanmış Almılası, Tomirisi adlandırardım. Liderliyi müəyyən edən bütün xüsusiyyətlərə sahib olan Mehriban Əliyevanın Cənab Prezidentimiz İlham Əliyevin peşəkar idarəçiliyi və bacarığı sayəsində çiçəklənən Azərbaycanın inşasında böyük xidmətləri vardır. O, Azərbaycan xalqının sevimlisi, güvən yeridir. Onun xalqımıza qarşı bir lider olaraq qayğısı ilə bərabər ana mərhəməti və insani keyfiyyətlərini heyranlıqla izləyərkən, həm də həsəd aparmamaq
mümkün olmur. Dövlətçilik işlərində Mehriban xanımın öz həyat yoldaşına dəstəyi və hətta çiyin-çiyinə mübarizəsi insanlarımız tərəfindən görülməkdə, yüksək səviyyədə qiymətləndirilməkdədir. Azərbaycan
xalqı Mehriban xanımın cəsarətli qərarlarını və addımlarını rəğbətlə izləyir və bu yolda onu dəstəkləyir. Hər bir ölkədə idarəçilər öz fəaliyyətləri ilə insanların güvənini qazanmağa çalışırlar. Bəzən bu güvən ya xalqın geniş kütləsini əhatə etmir, ya da heç qazanıla bilmir. Ancaq Mehriban xanım elə bir liderdir ki, insanlarımızın əksəriyyəti ona inanır, ona güvənir...

Mehriban xanımın cəmiyyətimizə bəxş etdiyi ən vacib keyfiyyətlərdən biri də Azərbaycan xanımlarına özgüvənin qazandırılmasıdır. Etiraf etməliyik ki, bizim kimi şərq cəmiyyətlərində qadınların özlərini ifadə etməyinə, onların cəmiyyətdə önə çıxmasına əngəllər hər zaman mövcud olmuş, onlar çox vaxt zəif məxluq kimi qəbul görmüşdür. Məhz Mehriban xanımın liderlik bacarığı, idarəetmədə peşəkarlığı və üstün keyfiyyətləri xanımlarımızda özünə güvəni artırmışdır. Təsadüfi deyil ki, günümüzdə çox ailələr qız övladlarına Mehriban adı verirlər. Əvvəllər qız övladının dünyaya gəlməsini arzulamayanların çoxu günümüzdə fikirlərini dəyişmişdir və onlar qız övladının olmasını arzulayırlar. Qızlarına oxutmağa meylli olmayan çox ailələr qızlarını hətta xaricdə oxutmağa üstünlük verirlər. Çünki, onlar qızlarının Mehriban xanım kimi cəmiyyətə yararlı biri olmağını
istəyirlər. Bu baxımdan da Mehriban xanımın xidmətləri əvəzedilməzdir.

Biz Mehriban Əliyevanı Cənab Prezidentimizlə bərabər həyata keçirdiyi dövlətçilik işlərində və islahatlarda tam dəstəkləyir, bu müqəddəs yolda uğurlar diləyirik!

Habil Aydın oğlu Alıyev
Odlar Yurdu Universitetinin Dissertantı
Yelo Bank 4 saylı Filialın Direktoru
E-mail: habilhoca@gmail.com

Bütün xəbərlər Facebook səhifəmizdə