Dünyada Azərbaycanın nüfuzu yüksək səviyyədə dəyərləndirilir

Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş yüksək səviyyəli iclas keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev iclasda videoformatda çıxış edib. Dünya üzrə 182 ölkə arasında Azərbaycanın dövlət başçısının sayca altıncı çıxış etməsi şübhəsiz ki, Prezident İlham Əliyevə həm Azərbaycanın dövlət başçısı, həm də Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq səviyyədə göstərilən hörmət və etimadın göstəricisidir. Azərbaycanda koronavirus pandemiyası ilə mübarizənin ilk vaxtlarında iqtisadi və maliyyə risklərinə baxmayaraq, vətəndaşların sağlamlığının qorunması üçün Prezident Əliyevin rəhbərliyi ilə vaxtında düzgün siyasət aparıldı və zəruri addımlar atıldı. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən hər zaman olduğu kimi, pandemiyaya ilə mübarizənin davam etdiyi çətin dönəmdə də vəndaşların rifahının daha da yaxşılaşdırılması, siyasi, iqtisadi və digər sahələrdə görülən işlər qısa bir zamanda öz müsbət nəticələrini göstərib.

Azərbaycanın qlobal həmrəyliyin nümunəsi kimi BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürmüşdür. Prezident İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi. Azərbaycan dövləti sülh və əminamanlıq, barış, beynəlxalq əməkdaşlıq prinsipləri üzərində qurulumuş və beynəlxalq hüquq normalarına cavab verən çevik, dinamik və adekvat xarici siyasət reallaşdırmaqdadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qətiyyəti və şəxsi nüfuzu sayəsində bu siyasət davamlı və dayanlqlı şəkildə həyata keçirilməkdədir. Qoşulmama Hərəkatının sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünyanın ən böyük beynəlxalq təsisatı sayılan Birləşmiş Millətlər Təşkilatı Assambleyasının COVİD-19 pandemiyasına həsr olunmuş dövlət və hökümət başçılarının iştirakı ilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etməsi bir daha onun qlobal çağırışlara qlobal yanaşmasının mövcudluğunu göstərdi. Dövlətimiz yalnız öz mənbələri hesabına pandemiya ilə mübarizə üzrə təsirli tədbirlər planını həyata keçirir. Bu tədbirlər sırasında Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyətə başlaması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını qeyd edə bilərik. Bununla yanaşı, kütləvi yoluxmanın qarşısını almaq üçün demək olar ki, dərhal respublikada vəziyyət nəzarət altına alındı. Vaxtında təhsil prosesi dayandırıldı, bütün kütləvi tədbirlər ləğv edildi və təxirə salındı, ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırıldı. Bütün bu addımlar koronavirusun qarşısının alınmasında müstəsna rol oynadı.

Azərbaycan bir daha təsdiq etdi ki, Qoşulmama Hərəkatına Sədrliyi öz üzərinə götürərkən beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacağına, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacağına dair vədlərinə qətiyyətlə əməl edir.

İslamova Dilay, 1 nömrəli Uşaq Somatik sanatoriyasının baş həkimi

Bütün xəbərlər Facebook səhifəmizdə