YAP Sumqayıt şəhər təşkilatında məzunlarla görüş keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının inzibati binasında 2020/2021-ci tədris ili üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ali məktəblərə qəbul imtahanlarında 650 və yuxarı bal toplayan məzunlarla karantin qaydalarına uyğun görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşdə YAP Sumqayıt şəhər təşkilatının sədri, Sumqayıt Dövlət Universitetinin prorektoru, dosent Ramiz Hüseynov, YAP Sumqayıt şəhər təşkilatının İdarə Heyətinin üzvü, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, YAP Sumqayıt şəhər təşkilatı sədrinin ideoloji işlər üzrə müavini, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Teymur Səmədov, Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Arzu Alızadə və bir qrup valideynlər iştirak edib, yüksək nəticələr əldə edən gəncləri təbrik edib, onlara təhsildə, elmdə, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Tədbirdə çıxış edən gənclər pandemiya dönəmində nə qədər çətin olsada, bu il onların bəlli problemdən son zəngləri keçirilməsədə, görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə təşkilatçılara və Yeni Azərbaycan Partiyasının sədri, möhtərəm Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident Xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, onlar üçün yaradılan şəraitdən lazımınca yararlanaraq, ölkəmiz üçün savadlı mütəxəssis kimi yetişəcəklərinə söz veriblər.

Sonda yüksək bal toplayan gənclərə qiymətli hədiyyələr təqdim edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə