Deputat seçicilərilə görüş keçirib

22 sentyabr 2020-ci il tarixdə 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən deputat seçilmiş Kamran Bayramov Daşkəsən şəhəri,Quşçu və Çovdar kəndlərində bir qrup seçici və Yeni Azərbaycan Partiyasının fəalları ilə görüş keçirtmişdir.Görüş zamanı ölkəmizdə və dünyada baş verən hadisələrdən,ölkə prezidenti,Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin apardığı çox uğurlu siyasətdən ətraflı şəkildə söhbətlər aparıldı,eyni zamanda görüşdə iştirak edən partiya fəallarının sosial problemlərinin həlli istiqamətində qaldırdıqları məsələlər dinlənildi.Yekunda bir qrup sakinə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqəsi təqdim olundu.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...