İşğal altında olan Azərbaycan torpaqlarının azad ediləcəyinə inanırıq
Ermənistanın qonşuluğunda olan ölkələrin ərazisinin, tarixi-mədəni irsinin mənimsənilməsinə yönəlmiş qəsbkar siyasətinin növbəti bariz nümunəsi Livandan erməni ailələrinin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə köcürülməsidir. Dünya dövlətləri, eləcə də, Azərbaycan daxil olmaqla Livanda baş vermiş faciənin nəticələrinin aradan qaldırılması, Livana humanitar yardım göstərilməsi ilə məşğul olarkən işğalçı Ermənistan hökuməti yenə də öz çirkin məqsədlərini həyata keçirmək üçün tam səfərbər oldu. Azərbaycanın əzəli-əbədi torpaqlarında ermənilərin sayını süni şəkildə artırmaqla ərazilərin etnik-mədəni xüsusiyyətlərini dəyişdirmək kimi niyyətləri işğalçı Ermənistanın faşizm ideologiyasına kökləndiyinin daha bir bariz göstəricisidir. Suriyadan və Livandan Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülən etnik ermənilər heç də dinc əhalinin nümayəndələri deyil. Onlar əsasən Yaxın Şərqdə terrorçuluq fəaliyyəti ilə məşğul olan ermənilərdir. Ermənistanın bu siyasəti ilə növbəti dəfə iç üzünü, xislətini ortaya qoyub. Ermənistanın siyasəti terrorizm üzərində qurulub və terrorçuluğa xidmət edir.
Azərbaycan tərəfi Faktaraşdırıcı Missiyanın yaradılması təklifi ilə ilk dəfə BMT-yə müraciət etmişdir. O zaman dövlətimizin bu addımı ATƏT-in Minsk qrupunun vasitəçiliyindən imtina kimi dəyərləndirən işğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər belə bir addımın Minsk qrupu tərəfindən atılmasının məqsədəuyğun olunduğunu bildirdilər. ATƏT-in Faktaraşdırıcı Missiyası yaradıldı və işğal olunmuş ərazilərimizdə vəziyyəti öyrənmək üçün həmin torpaqlarımızda iki dəfə oldular. İşğal olunmuş ərazilərimizdə süni məskunlaşdırılma faktı təsdiqlənsə də ATƏT-in Faktaraşdırıcı missiyası hazırladığı hesabatda bunun əks olunmasını “nədənsə” istəmədi. Dünyanın “yeni qəbul etdiyi prinsipə” əsasən işğalçının adı ilə çağırılması məsələnin həllinə mane olar, birtərəflilik kimi qəbul edilə bilər. Ədalətin dəstəklənməsi, işğalçının ünvanının göstərilməsi birtərəflilikdirsə, işğalçıya maddi və mənəvi dəstək göstərmək, onu silahlandırmaq necə dəyərləndirilməlidir? Livan hadisələri, Nikol Paşinyanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfəri, orada bəyanatlar verməsi, Paşinyanın xanımı Anna Akopyanın “silaha sarılaraq” işğalçı dövlətin qadınlarını “Dağlıq Qarabağ uğrunda” döyüşlərə çağırması və sair kimi olaylar bir daha onu göstərir ki, Ermənistan hakimiyyəti münaqişənin sülh yolu ilə həllində maraqlı deyil. İşğalçı dövlətə “dur” demək zamanı çoxdan çatsa da, dünya hələ də susur.
Ermənistanın bu addımı münaqişənin dinc yolla həllinə mane olur və belə demək mümkünsə, danışıqlar yolunu məhvə aparır. Dinc yolun, danışıqlar yolunun mümkün olmadığı təqdirdə isə münaqişənin hərb yolu ilə həlli qaçılmazdır. Tam məsuliyyətlə demək olar ki, işğalçı ölkənin sonuncu addımı nəticə etibarilə
regionda münaqişənin müharibəyə çevrilməsi üçün yaşıl işıq yandırmış olur. Belə olan halda bütün məsuliyyət Ermənistanın və onun havadarlarının üzərinə düşür. Ermənistana havadarlıq edənlər mövcud mənzərəni kənardan seyrçi kimi izləyir və mexanizmləri işə salmaq istəmirlər. Onun sözlərinə görə, bu məsələdə ən böyük məsuliyyət ATƏT-in Minsk qrupunun üzərinə düşür. ATƏT-in prinsipsiz mövqe nümayiş etdirdiyini görən Ermənistan təbii ki, daha da geniş əl-qol açır və təcavüzkarlıq siyasətini gücləndirir, yeni təxribatlara cəhd göstərir. Lakin bu bəşəri ədalətsizliyə və haqsızlığa dur deməyin zamanı çoxdan gəlib çatıb. Ona görə də dünya ictimaiyyəti Ermənistanın təcavüzkarlıq siyasətinə son qoymağı və 30 ildən artıqdır ki, işğal altında saxladığı əraziləri tərk etməyi ondan tələb etməlidir. Beynəlxalq qanunlar bu xüsusda öz sözünü deməli və konkret mövqeyidi ortaya qoyaraq ədalətlilik prinsipini qoruyub saxlamalıdır. Ermənistanın bu siyasəti onun BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin tələblərini yerinə yetirmək fikrindən uzaq olduğunu göstərir.
Beynəlxalq birlik bu məsələyə ciddi fikir verməlidir. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməyə məcbur edilməlidir. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu prinsipial mövqeyini ortalığa qoymalıdır.
Səriyyəxanım Səfərova, 7 saylı Birləşmiş Şəhər xəstəxanasının baş həkimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB