Azərbaycan bu gün güclü enerji pontensialına malikdir

Azərbaycan bu gün güclü enerji pontensialına malikdir

Dünyada sənaye üsulu ilə ilk dəfə neft çıxarılan ölkə kimi tanınan, "İkinci Bakı”, "Üçüncü Bakı" adlandırılan, ulu öndər Heydər Əliyevin müəllifi olduğu "Əsrin müqaviləsi"nin imzalanması ilə qlobal enerji layihələrinin əsas tərəfdaşı və təşəbbüskarı olan Azərbaycan enerji potensialına görə ən çox maraq göstərilən ölkədir.

Müstəqilliyini əldə etdiyi ilk illərdə çox ağır problemlərlə üz-üzə qalan, iqtisadiyyatı, sənayesi iflic vəziyyətdə olan, inflyasiya səviyyəsi 1000 faizlə ölçülən Azərbaycanın o dövrdə üzləşdiyi çətinliyi "Belə bir vəziyyətdə Azərbaycana xarici sərmayəni gətirmək doğrudan da böyük müdriklik və uzaqgörənlik tələb edirdi və Heydər Əliyevin neft strategiyası bax, bu çağırışlara cavab verdi. Xarici tərəfdaşlarla 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi” bizim üçün bir çıxış yolu idi, bizə bir güc verdi, nəfəs verdi, investisiya gətirdi. Azərbaycan dünyada özünü tanıtdıra bilmişdir. Azərbaycana, ilk növbədə, ölkəmizin neft-qaz sektoruna böyük şirkətlər tərəfindən maraq artmışdır və bu maraq praktiki işlərə gətirib çıxarmışdır" sözləri ilə xarakterizə edən, bu missiyanı layiqincə davam etdirərək Azərbaycanın dünyanın enerji və nəqliyyat xəritəsinin yenidən yazılmasında misilsiz xidmətləri olan Prezident İlham Əliyev 1994-cü ildən başlayaraq neft-qaz sahəsində qazanılan nailiyyətləri uğurlar xronologiyası adlandırır.

Neft Azərbaycanın milli sərvəti, bu günü və gələcəyidir. Amma qeyd etmək gərəkir ki, Azərbaycan artıq neft ölkəsindən qaz ölkəsinə keçid alır. Göstəricilərə əsasən, Abşeron yatağında 350-360 milyard kubmetr qaz ehtiyatları vardır. Bu isə Azərbaycanın bundan sonra da etibarlı qaz təchizatçısı olacağına dəlalət edir. Qeyd etmək gərəkir ki, “Abşeron” yatağının istifadəyə verilməsi də Prezident İlham Əliyevin iradəsi ilə baş tutur. Ölməz lider, Heydər Əliyevin uzaqgörənliyi sayəsində “Əsrin kontraktı”nın imzalanması ilə, günümüzə qədər saysız hesabsız kontraktlar imzalanıb, amma Azərbaycanın neft potensialına dünyada maraq azalmır, əksinə artmağa davam edir. Abşron yatağında 100 milyon ton kondensatın olması neft hasilatını və ixracını sabit saxlamağa imkan verəcək. Hesab edirəm, yataqdan ilkin mərhələdə çıxarılacaq qaz, daxili təlabatları ödəməyə sərf olunacaq. Cənab Prezidentin də, qeyd etdiyi kimi “Abşeron” yatağında ikinci fazadan çıxarılacaq qaz da TANAP xətti ilə Türkiyəyə ötürüləcək. Çünki xüsusilə TANAP xətti ilə Türkiyəyə ötürülən qazın həcmi ildən-ilə artır. Ötən illərlə müqayisədə Azərbaycan qazı bu gün Türkiyədə birinci yerdədir. Bu kimi göstəricilər iki ölkə tərəfindən də, olduqca önəmli inkişaf tempi kimi qiymətləndirilir.

Cənab Prezident özü 9 il neft şirkətində çalışıb. Onun rəhbərliyi altında olduqca önəmli layihələrə imza atılıb. Amma Cənab Prezident bu gün də o illərin zəhmətini unutmayıb, neftçilərin əməyini yüksək qiymətləndirməyi özünə borc bilir. Hesab edirəm, neftçilərimiz bizim qəhrəmanlarımızdır. Dövlətimizin rifahının qarantı Azərbaycanımızın milli sərvəti olan neftimizdir. Prezident İlham Əliyevin sayəsində bu gün öz neftimizi öz xalqımızın rifahı üçün istifadə edə bilirik. Azərbaycanın uğurlu inkişafında neftçilərin və Cənab Prezidentin çox böyük rolu vardır. Azərbaycanın uğurlu gələcəyi də məhz bu iki amildən asılıdır. Çünki bu gün əminlikdə demək olar ki, Cənab Prezidentin apardığı məqsədyönlü siyasət sayəsində Azərbaycanda “qara qızıl” insan kapitalına çevirilərək, xalqımıza xidmət edir.

Mikayıl Məmmədov, Maştağa bələdiyyəsinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə