Masallı RTŞ-də geniş tərkibdə onlayn videomüşavirə - FOTOLAR

17 sentyabr 2020-ci il tarixdə Masallı RTŞ-də məktəb rəhbərləri və fənn müəllimlərinin iştirakı ilə geniş tərkibdə onlayn müşavirə keçirilmişdir. Videomüşavirə məktəb direktorları, direktor müavinləri, fənn müəllimləri və məktəb üzrə Pandemiya tədbirlərinə məsul şəxslər ümumilikdə 520 nəfər iştirak etmişdir.

Müşavirədə Masallı RTŞ-nin müdiri Tariyel Əkbərov çıxış edərək pandemiya şəraitində məktəb rəhbərlərinin qarşısında duran vəzifələrdən danışdı. O, qeyd etdi ki, ibtidai sniflərdə əyani dərslərin təşkili qaydaları, şagirdlər və müəllimlər arasında sosial məsafənin gözlənilməli, sanitar-gigiyenik qaydalara ciddi riayət olunmalıdır. Valideynlərin məktəb ərazisinə daxil olmasının qəti qadağan olması, eyni zamanda əyani və distant dərs saatlarının keçirilməsi qaydaları haqqında məlumat verən RTŞ müdiri qeyd etdi ki, Təhsil Nazirliyinin təlimatlarına uyğun olaraq, yerli şərait nəzərə alınmaqla distant dərs saatlarının müəyyən hissəsini əyani dərslərlə əvəz etmək olar.

RTŞ müdiri bildirdi ki, təhsilə cəlb olunan şagirdlərlə bağlı məktəb rəhbərləri daha diqqətli olmalıdırlar.
Şagirdlərin temperaturunun ölçülməsi, termovizorlardan istifadə qaydaları haqqında danışan T.Əkbərov qeyd etdi ki, həmin aparatlar, onları işlətməyi bacaran məsuliyyətli şəxslərə həvalə olunmalıdır. Temperaturu aşkar edilmiş şagirdlər məktəbə buraxılmamalı, aidiyyati üzrə xəbərdarlıq eidlməlidir. Cihazdan istifadə qaydalarına əməl etmədikdə şagirdlərin sağlamlığı haqqında düzgün məlumat almaq çətinləşir və xəstəliyin yayılmasına şərait yaranır.

T.Əkbərov qeyd etdi ki, pandemiya şəraitində dərslərin keçirilməsi, siniflərin təşkili və digər məsələlərlə bağlı qaranlıq məqamlar haqqında sualı olanlar RTŞ əməkdaşlarına müraciət etsinlər.

Boradigah 1 nömrəli, Bədəlan, Qızılavar, Miyankü kənd tam orta məktəbinin rəhbər və müəllim heyəti onları maraqlandıran suallarla müraciət etdilər.

Suallara RTŞ əməkdaşları tərəfindən aydınlıq gətirildi.

RTŞ-nin müdir müavini Samit İslamov Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin ümumi təhsil sahəsinə aid qərar, əmr və təlimati sənədlərini şərh etdi. Məktəb rəhbərlərinə valideynlərdən iltizam imzalamasını (1 və 2 nömrəli formalar) bir daha tapşırdı.

Bununla da müşavirə öz işini yekunlaşdırdı.

ƏLİHÜSEYN ŞÜKÜROV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...