Cari ilin yanvar-iyul ayları ərzində 20,6 min nikah qeydə alınıb

Cari ilin yanvar-iyul ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 20 min 611 nikah və 8285 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5, boşanmaların sayı isə 1,4 olub.

SİA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Bununla yanaşı, yeddi ay ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 947 nəfər gələn və ölkədən 397 nəfər gedən qeydə alınıb. Ölkə üzrə miqrasiya saldosu müsbət 550 nəfər təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...