YAP Zərdab rayon təşkilatında gənclərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatında Zərdab rayonu üzrə qəbul imtahanlarında yüksək bal toplayan gənclərlə videokonfrans formatında görüş keçirilib. Görüşü giriş sözü ilə açan YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova bu il tələbə adını qazanan məzunları təbrik edib, yeni tədris ilində onlara uğurlar arzulayıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin yürütdüyü inkişaf və tərəqqiyə, ölkəmizin milli maraqlarına söykənən siyasətin mühüm istiqamətlərindən biri də təhsil siyasətidir. Hər il bu sahəyə dövlət qayğısı əhəmiyyətli dərəcədə artır. Prezident İlham Əliyevin Azərbaycanın gələcəyi olan uşaq və yeniyetmələrin, gənclərin bilik və bacarığının, intellektinin yüksək səviyyədə formalaşdırılması sahəsində misilsiz xidmətləri vardır.

Bu gün təhsilimizin dünya standartları səviyyəsində yenidən qurulması, tədrisin müasir səviyyəyə gətirilməsi dövlət siyasətininin təməlində dayanır. Pandemiya ilə əlaqədar təhsildə də müəyyən məhdudiyyətlər tətbiq olunmasına baxmayaraq yeni formatda tədrisin fasiləsizliyi təmin olunur: "Dövlətin əsas diqqəti pandemiyaya qarşı mübarizəyə cəlb olunmasına baxmayaraq bu il 147 yeni məktəb binası tikilərək istifadəyə verilib. Hər il olduğu kimi Heydər Əliyev Fondu da bu prosesdə yaxından iştirak edir. Yeniləşən Azərbaycana yeni məktəb şüarına sadiqliyini nümayiş etdirərək ancaq bu il 45 məktəb binası yenidən tikililərək istifadəyə verilib. Ölkə başçısının qeyd etdiyi kimi ölkələrin inkişaf səviyyəsi təhsilin inkişafı ilə ölçülür. Məhz təhsilə olan dövlət qayğısının göstəricisidir ki, son illər təhsil müəssələrinə qəbul olanların sayı xeyli çoxalıb.

YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Rəmzi Şirinov çıxış edərək ölkəmizdə digər sahələrlə yanaşı təhsilə göstərilən diqqət və qayğıdan, təhsil sahəsində qazanılan uğurlardan danışıb, gənclərə uğurlar arzulayıb. Sonra çıxış edən gənclər Prezident İlham Əliyevin təhsilə olan diqqət və qayğısından danışaraq, qazandıqları uğurları məhz bu diqqətin təzahürü kimi dəyərləndiriblər.

Görüşdə çıxış edən Yarməmmədbağı kənd tam orta məktəbinin müəllimi Zülfiyyə Əhmədova ölkəmizdə gənc nəsil üçün yaradılan geniş və hərtərəfli şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürünü bildirib.

Zümrüd

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...