ƏƏSMN və Baş Məşğulluq İdarəsinin mütəxəssislərindən ibarət olan nümayəndə heyəti İsveç və Latviyada bir sıra görüşlər keçirib
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) və Baş Məşğulluq İdarəsinin mütəxəssislərindən ibarət layihə işçi qrupunun üzvləri və icraçılarından təşkil olunmuş nümayəndə heyəti bu günlərdə İsveç Krallığı və Latviya Respublikasında təlim səfərində olub. Səfər ƏƏSMN və Dünya Bankının birgə həyata keçirdiyi "Sosial Müdafiənin İnkişafı Layihəsi"nin "Gənclər üçün peşə yönümü xidmətləri" tapşırığı çərçivəsində baş tutub. Bu barədə SİA-ya "Sosial Müdafiənin İnkişafı" layihəsinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Jalə Əzizova məlumat verib. O bildirib ki, İsveç və Latviyanın peşə yönümü və peşə təhsili sahəsində qabaqcıl təcrübəsi ilə əyani tanışlıq və bu təcrübələrin Azərbaycanda tətbiqi imkanlarının araşdırılması məqsədi ilə təşkil olunan səfər çərçivəsində Stokholm və Riqa şəhərlərində görüşlər keçirilib, müzakirələr aparılıb.
Onun sözlərinə görə, İsveç Krallığına səfər zamanı Yerli Məşğulluq Xidməti, Mərkəzi Məşğulluq Xidməti, Sənətkarlar Akademiyası və digər müvafiq təşkilatlarda məhsuldar görüşlər keçirilib: "Bu görüşlər zamanı Azərbaycan nümayəndə heyətinə peşə yönümünün planlaşdırılması və təcrübədə tətbiqinin konkret üsul və vasitələri, peşə yönümü sahəsində ən son siyasət və istiqamətlər, gənc mütəxəssislərin hazırlanması, virtual peşə yönümü xidmətləri, birgə Aİ tədbirləri və s. barədə məlumat verilib, məsləhətçilərlə müzakirələr aparılıb. İsveçin Uppsala şəhərində Gənclərin Peşəyönümü Mərkəzi ilə tanış olan nümayəndə heyətinə bu mərkəzin mütəxəssislərinin orta məktəblərlə yaxından əməkdaşlıq etməsi barədə məlumat verilib. Heyət burada yerli İşədüzəltmə Mərkəzinin fəaliyyəti ilə də tanış olub. İsveç səfəri çərçivəsində, həmçinin Stokholm Universitetinə və Peşə Liseyinə ziyarət təşkil olunub, orta məktəbin yuxarı sinifləri ilə görüş keçirilib, peşə yönümü tədbirlərlə bağlı məsləhətçilər və şagirdlərlə müzakirələr aparılıb".
J.Əzizova qeyd edib ki, Latviya Respublikasına təlim səfəri zamanı Latviya Məşğulluq Xidməti, Latviya Respublikası Təhsil Nazirliyi, Mərkəzi Məşğulluq Xidməti, Yerli Məşğulluq Xidməti, Təhsilin İnkişafı üzrə Dövlət Agentliyində görüşlər keçirilib, Lativayada peşə yönümü təcrübəsi, məktəblərdə peşə yönümü, Aİ tərəfindən təşkil olunan əmək yarmarkası və nəticədə işaxtaranların müxtəlif Avropa dövlətlərində işlə təmin olunması və s. barədə ətraflı məlumat əldə edilib. Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti Riqa orta məktəblərinin birində görüş zamanı özəl Peşəyönümü kabineti və bu kabinet vasitəsilə bütün müraciət edənlərin informatik və psixoloji dəstək alması barədə məlumatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB