Azyaşlı bacıları zorlayıb-qətlə yetirən cani tutuldu FOTOLAR

Rusiya polisi Rıbinsk sakini Vitali Molçanovu saxlayıb. Belə ki, şübhəli şəxs qismində saxlanılan Molçanov vətəndaş nikahı münasibətində olduğu qadının iki azyaşlı qız övladlarını zorlayaraq qətlə yetirməkdə ittiham olunur. SİA xəbər verir ki, bu barədə “Kommersant” nəşrinə Rusiya DİN-nin Yaroslavl vilayəti üzrə mətbuat katibi Marina Kokuyeva məlumat verib.

8 yaşlı Yelenanın və 13 yaşlı Yananın cansız bədənlərini onların anaları 15 sentyabra keçən gecə Rıbinsk şəhərindəki mənzilində aşkar edib və cinayət işi açılıb. Rusiyanın İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin göstərişinə əsasən, cinayət işinin materialları Baş İstintaq İdarəsinin müvafiq idarəsinə göndərilib. Məhz bundan sonra bəlli olub ki, qətlə yetirilmiş iki azyaşlı bacılar həm də zorlanmaya məruz qalıblar.

Qətlə yetirilənlərin atalıqları hesab edilən Vitali Molçanov 2019-cu ildə bir uşağı öldürərək zorladığına görə azadlıqdan məhrum olunduğu həbsxanadan azadlığa çıxıb. Onun yaşadığı qadın isə bir neçə ay əvvəl azyaşlı qızları ilə Omskdan Rıbinskə köçüb.

Maraqlıdır ki, öldürülən qızların doğma ataları Novosibirsk vilayətinin cinayət axtarış bölməsinə rəhbərlik edib.

Qeyd edək ki, Yaroslavl vilayətinin qubernatoru Dmitri Mironov qatilin tapılması üçün 500 min rubl mükafat vəd etmişdi.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...