Bəxtiyar Əsgərov BQXK-nin Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri ilə görüşüb - FOTOLAR

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Elena Aymone Sessera ilə onun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar görüşüb. SİA-nın verdiyi məlumata görə, görüşdə xanım Aymone Sessera təmsil etdiyi Komitənin Azərbaycan Respublikasında nümayəndəliyinin yeni təyin olunan rəhbəri xanım Ariane Baueri təqdim edib.

Naxçıvan Muxtar Respublikası ilə əməkdaşlıq və digər maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...