İnformasiya təhlükəsizliyi mövzusunda gənclərlə görüş keçirilib - FOTOLAR
17 sentyabr 2020-ci il tarixində YAP Nərimanov rayon Təşkilatının Gənclər Birliyinin təşkilatçılığı ilə Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu ilə "İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyimizin tərkib hissəsi kimi" mövzusunda videokonfrans formatında gənclərin görüşü keçirilib. SİA-nın məlumatına görə, görüşdə Milli Məclisin deputatı Hikmət Babaoğlu gənclərə İnformasiya təhlükəsizliyi və onun Azərbaycanın milli təhlükəsizliyinin komponentlərindən biri olması barədə geniş məlumat verib.
H.Babaoğlu qeyd etmişdir ki, internet resurslarından istifadənin qlobal xarakter aldığı – geniş yayıldığı, informasiya inklüzivliyinin mövcud olduğu müasir dövrdə milli informasiya məkanının qorunması strateji vəzifələrdən biridir.
Ümumiyyətlə, sosial medianın imkanlarının genişlənməsi informasiya təhlükəsizliyi anlayışına yeni məzmun gətirir və bu istiqamətdə milli maraqlardan irəli gələn addımların atılması vacib amilə çevrilir. Belə bir şəraitdə, heç şübhəsiz, transmilli şirkətlər olan “Facebook”, “Twitter” və digər platformalarda münasibətlərin hüquq müstəvisində tənzimlənməsi olduqca mühüm məsələlər sırasında yer alır.
Videokonfrans formatında baş tutan görüşdə YAP Nərimanov rayon Gənclər Birliyinin sədri Nərminə Yunusova və digər çıxış edənlər informasiya təhlükəsizliyi yönündə mövcud vəziyətlə bağlı fikirlər səsləndirmişlər və vebinar gənclərin sualları əsasında diskussiya formatında davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB