Goranboy rayonunun təhsildə əldə edilmiş uğurlu nəticələri - FOTOLAR
Dünyanı bürümüş pandemiya təhlükəsi digər sahələr kimi təhsilədə təsirsiz ötüşmədi. 2019-2020-ci tədris ilində Azərbaycanda bütün təhsil müəsisələrində tədris martın 3-də Nazirlər Kabinetinin qərarı ilə dayandırıldı. Lakin Təhsil müəsisələrinin fəailiyyətində fasilə yaransada həyata keçirlən operativ tədbirlərin nəticəsində tədrisin davamlılığı təmin olundu.
Rayonun ən ucqar kəndlərində belə teledərslər, istərsədə onlayn keçirilən dərslər şagirdlərin bilik səviyyələrinin artırılmasını təmin etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Xanım Əliyevanın ölkədə təhsilin inkişafına göstərdiyi diqqət və qayğısının nəticəsidir ki, bu gün ümumtəhsil məktəblərini bitirən məzunlarımız buraxılış imtahanlarından yüksək nəticələr əldə edirlər.
Goranboy rayonunda cari tədris ili uğurla yekunlaşıb. Bu il abuturiyentlərdən 14 nəfər 600-dən 45 nəfər isə 500-dən yüksək bal topalmışlar. Ən yüksək nəticəni 677 balla Qaradağlı kənd tam orta məktəbinin məzunu Cəfərova Aytən Musa qızı göstərib. Ondan sonra 670 balla Qaraçinar kənd tam orta məktəbin məzunu Qurbanov Maqsud Aslan oğlu ikinci nəticə göstərib. YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov və YAP Gənclər Birliyinin sədri Həsən Şirinov onları səmimi qəlbdən təbrik etdilər və yüksən nəticə göstərmiş həmin iki nəfəri qiymətli hədiyələr və Fəxri Fərmanlarla mükafatlandırdılar.
YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov yüksək bal toplamış gənclərə gələcəkdə YAP sıralarına qoşulmalarını və partiyanın Gənclər Birliyi ilə fəal əməkdaşlıq etmələrini tövsiyə etdi.
Rövşən Rəsulov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB