Tələbələri kirayə mənzil bazarında hansı problemlər gözləyir? - ARAŞDIRMA

Tələbələri kirayə mənzil bazarında hansı problemlər gözləyir? - ARAŞDIRMA

Artıq ölkəmizdə koronavirusun yumuşalması yaranmış problemlərin öz yoluna düşməsinə imkan yaradıb. Xüsusilə də, bu il yeni dərs ili yeni şəraitdə, pandemiya dövründə başlayır. Prezident İlham Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müəllimlərə, tələbələrə və şagirdlərə müraciətində də bildirib ki, pandemiya dövründə yeni dərs ili yeni formatda təşkil ediləcəkdir: “Bizim əsas məqsədimiz ondan ibarətdir ki, Azərbaycan xalqını bu bəladan qoruyaq və qəbul edilmiş bütün qərarlar bu məqsədi güdür”. Sentyabrın 15-dən dərslərin başlanılması, həmişə olduğu kimi, bu il də tələbələri ən çox narahat edən problemlərdən biri kirayə mənzil axtarışı və mənzil bazarında qiymətlərin hansı vəziyyətdə olmasıdır.

Sögügedən məsələ ilə bağlı maklerlə bildirdilər ki…

“Əvvəl müştərilərimizə verməyə ev tapa bilmirdik, indi isə müştəri”

Bildiyiniz kimi pandemiya bir çox sahələrə təsir edib. Onlardan biri də kirayə mənzil bazarıdır. Ali təhsil müəssisələrində təhsilin distant formada davam edəcəyini nəzərə alsaq hal-hazırda kirayə mənzil bazarında durğunluq hökm sürür.

Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Cahangir Makler”in sahibi Ağaqulu Cahangirov: “Əvvəl müştərilərimizə verməyə ev tapa bilmirdik, indi müştəri tapa bilmirik. Gün ərzində 1-2 nəfər ancaq olur. Əslində ötən illər abituriyentlər qəbul xəbərlərini eşidən kimi başlayırdılar ev axtarmağa. Ev qıtlığından da şikayətlənən olurdu, qiymətlərin baha olmasından da. İndi isə ev çoxdu. Amma müştəri yoxdu”.

Makler Bayram Kərimov isə deyir ki, ötən il avqust ayında həm tələbələr, həm məktəblər açılırdı deyə ev almaq və ya kirayə etmək üçün gəlirdilər: “Tələbat çox olurdu deyə, qiymət artımı olurdu. Bəziləri də tətilə gedəndə fikirləşirdi ki, ev əldən çıxmasın deyə lap 1-2 ay tətil müddətində evin pulunu ödəyirdi. İndi o hallar yoxdur”.

Makler Zakir Kazımov: “Çox behlərimiz qayıdıb. Hər zaman 1 ay əvvəlcədən behlər qoyulurdu. İndi isə internetdə elanlar yerləşdirsək də zəng yoxdur. Hazırda kirayə mənzil bazarında yaşanan durğunluğa səbəb daha tələbələrin oktyabr ayınadək onlayn təhsil alacaq olmalarıdır. Ümumiyyətlə, məlum xəstəliyin yaxın gələcəkdə özünü necə göstərəcəyi və ona uyğun olaraq dərslərin hansı formada davam etdiriləcəyi bilinmədiyindən valideynlər də tərəddüd içindədi”.

İlqar Osmanov, valideyn: “Kirayə ev məsələsi biz valideynlər üçün problem olaraq qalır. Bilmirik ardıcıllıq necə olacaq. Sonrakı vəziyyət göstərəcək”.

Abbasqulu Səfərov, valideyn: “5 nəfər tələbə ilə birlikdə kirayə ev tutmuşduq mənim qızım da orada qalırdı. Aya 70 manat pul ödəyirdik. Sərfəli evlər tapmaq çətin olur. Ona görə də məcburuq əldə saxlamışıq. Hər ay ödüyürük ki, başqasına kirayə verilməsin”.

Bəli, az sayda valideyn var ki, evi əlindən çıxarmamaq üçün artıq 6 aydır ki, övladının yaşamadığı evə görə pul ödəyir. Amma baxmayaraq ki, təklif tələbi xeyli üstələyir, qiymətlərdə azalma yoxdur. Tələbi azaldan isə təkcə tələbələrin yoxluğu deyil. Onu da deyək ki, evləri kirayənişinsiz, əmlakçıları müştərisiz qoyan səbəb həm də ölkəyə turistlərin gəlməməsidir. Əcnəbilərə yüksək qiymətə günlük verilən evlər artıq aylıq kirayəyə çıxarılır. Görünən odur ki, pandemiyanın gətirdiyi karantin rejimi kirayə mənzil bazarına təsirini hələ bir müddət qoruyub saxlayacaq”.

Azərbaycanda həyata keçirilən sosial siyasətin əsasında əhalinin sosial rifah halın yaxşılaşdırılmasının dayandığını sübut edən bir sıra faktlar var. Xüsusilə də son atılan addımların əksəriyyətinin bu istiqamətdə atılması ölkəmizdə vətəndaş amilinin ən üst pillədə durduğunun göstəricisidir. Aztəminatlı, şəhid ailələri, müharibə əlilləri və digər vətəndaşlarımızın sosial problemlərinin həlli istiqamətində verilən qərarlar, imzalanan sənədlər bunun bariz göstəricisidir.

Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi də xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulmuşdur və növbəti illərdə də həmişə olduğu kimi, bu sahədə də problemlərimiz aradan qalxacaq.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə