Heydər Əliyev Fondu təhsil sahəsini hər zaman diqqətdə saxlayır
Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ötən müddət ərzində gördüyü işlər xalqımız üçün dövlətimiz üçün, sözün əsl mənasında, dəyərli, faydalı olmuşdur. Ardıcıl və məqsədyönlü fəaliyyət nəticəsində Fond həm respublikamızda, həm də xaricdə, nüfuzlu beynəlxalq qurumlarda böyük hörmət qazanmışdır. Ümummilli Lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, onun bütün nəsillərə örnək olan irsini təbliğ etmək məqsədi ilə 2004-cü ildg fəaliyyətə başlayan Heydər Əliyev Fondu Azərbaycanın sosial inkişafına xidmət edən genişmiqyaslı proqram və layihələrin icraçısına çevrildi.
Mehriban Əliyevanın təşəbbüsü və məqsədyönlü fəalliyyəti nəticəsində fond fəaliyyəti dövründə müxtəlif sahələri əhatə edən çoxsaylı layihələr reallaşdırmış, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurmuş, Bakıda bir sıra dövlətlərin iştirakı ilə möhtəşəm konfrans və festivallar keçirməyə müvəffəq olmuşdur. Azərbaycan cəmiyyətində gənc nəslin biliklərə yiyələnməsini və ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasını prioritet məsələlərdən hesab edən təhsilin inkişafına yönəlmiş genişmiqyaslı proqram və layihələri qısa bir zaman məsafəsintdə böyük uğurlara səbəb oldu. "Uşaq evləri və internat məktəblərinin inkişafı" Proqramı çərçivəsində uşaq müəssisəlgri əsaslı şəkildə təmir edilmiş, yeni avadanlıqla təchiz olunmuş, əlavə yardımçı binalar tikilmiş, kommunal şərait yaxşılaşdırılmışdır. Eyni zamanda uşaq evləri və internat məktəblərində kitabxanalar yaradılmış, müvafiq tədris vəsaiti və bədii ədəbiyyatla təmin olunmuş, bu müəssisələrin əksəriyyətində kompüter avadanlığı quraşdırılmış, sinif otaqları interaktiv təhsil üçün uyğunlaşdırılmışdır. Azərbaycan birinci xanımının təşəbbüsü ilə uşaq evlərində tərbiyə almış, yaşı 18-dən yuxarı olan qızlar üçün Bakının Nizami rayonunda 50 mənzilli yaşayış binası tikilib istifadəyə verilmişdir.
Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı əsasında təhsil sahəsində mövcud olan problemlərin həllinə nail olundu. Müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaqla proqram çərçivəsində məktəb binaları inşa olunaraq və yenidən qurulmuşdur. "Təhsilə dəstək" layihəsi tək Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də həyata keçirilir. Fond bu layihə çərçivəsində Azərbaycanın bütün birinci sinif şagirdlərinə və Gürcüstandakı soydaşlarımızın təhsil aldığı məktəblərin birinci sinif şagirdlərinə yeni dərslik və tədris ləvazimatları hədiyyə edib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanın Dmanisi rayonunda yeni elmi-tədris mərkəzinin binası tikilmiş, əyani vəsaitlərlə təmin edilərək soydaşlarımızın istifadəsinə verilmişdir. Görülən işlərin davamı olaraq, 2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun dəstəyi ilə respublikanın müxtəlif bölgələrində yeni inşa olunan və əsaslı təmir edilən məktəb, eləcə də məktəbəqədər təhsil müəssisələri istifadəyə verilir.
Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bu tədris ilində 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin istifadəsinə verilib: Belə ki, Bakı şəhəri ərazisində Zirə qəsəbəsi 2 saylı uşaq bağçası, 122 saylı tam orta məktəb, Binə qəsəbəsi, 218 saylı körpələr evi-uşaq bağçası, Qala qəsəbəsi, 216 saylı tam orta məktəb, Şağan qəsəbəsi, 212 saylı uşaq bağçası, "Qobu park-3” yaşayış kompleksində Füzuli rayonu 4 saylı tam orta məktəb, "Qobu park-3” yaşayış kompleksində uşaq bağçası, Gəncə şəhər İdman Liseyi, Yardımlı rayonu Yolocaq kənd körpələr evi-uşaq bağçası, Biləsuvar rayonu Əliabad kənd körpələr evi-uşaq bağçası, Şamaxı şəhəri M.Hadi adına 9 saylı tam orta məktəb və s. Heydər Əliyev Fondunun fəaliyyətində təhsil sahəsini hər zaman diqqətdə saxlanıldığını, təhsilin inkişafına öz töhfəsini verdiyini bir daha göstərir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB