Yüksək bal toplayan abituriyentlərlə görüş keçirilib - FOTOLAR

Yüksək bal toplayan abituriyentlərlə görüş keçirilib - FOTOLAR

YAP Nərimanov rayon Təşkilatı tərəfindən qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərlə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşü YAP Nərimanov rayon Təşkilatının sədri Təmraz Tağıyev açaraq gəncləri təbrik etmiş, son illər respublikamızda, o cümlədən rayonda təhsilin səviyyəsinin yüksəldilməsi sahəsində görülən işlərdən danışıb. Ulu öndər Heydər Əliyevin, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanın gələcəyi olan uşaq və yeniyetmələrin, gənclərin bilik və bacarığının, intellektinin yüksək səviyyədə formalaşdırılması sahəsində misilsiz xidmətlərindən, böyük diqqət və qayğısından bəhs etmişdir. T.Tağıyev ölkədə təhsil sahəsində görülən işlərdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolunu da qeyd edib. Təşkilat sədri həmçinin, Yeni Azərbaycan Partiyası tərəfindən ölkəmizin, dövlətimizin, eyni zamanda gənclərin inkişafı üçün önəmli layihələr həyata keçirildiyini və bunun nəticəsi olaraq ətrafında 700 mindən artıq üzvü birləşdirdiyini diqqətə çatdırmışdır.

YAP Nərimanov rayon Gənclər Birliyinin sədri Nərminə Yunusova çıxış edərək abituriyentləri əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edib, Prezident İlham Əliyevin təhsilə olan diqqət və qayğısından, ölkədə bir çox ümumtəhsil məktəblərində əsaslı təmir və yenidənqurma işlərinin aparılması, onların maddi-texniki bazasının zənginləşdirilməsindən danışıb. Bildirib ki, YAP Nərimanov rayon təşkilatı kimi Gənclər Birliyi də bütün gənclərlə əməkdaşlığa və gənclərin ideyalarını hər zaman dəstəkləməyə hazırdır.

Sonra çıxış edən abituriyentlər ölkə rəhbəri, Prezident İlham Əliyevin təhsilə olan diqqət və qayğısından razılıq bildirmiş, qazanılan uğurları məhz bu diqqətin təzahürü kimi dəyərləndirmişlər.

Sonda Təmraz Tağıyev əldə edilən nəticələrə görə bütün təhsil müəssisəsinin müəllimlərinə və valideynlərə təşəkkür edib, gənclərə yeni təhsil ilində daha yüksək nəticələr əldə etməyi, uğurlar qazanmağı arzulayıb.

Görüşdən sonra YAP Nərimanov rayon Təşkilatı tərəfindən abituriyentlərə hədiyyələr təqdim olunmuşdur.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə