Qəbul imtahanlarında 650 baldan yuxarı nəticə göstərən abituriyentlərlə görüş keçirilib

Qəbul imtahanlarında 650 baldan yuxarı nəticə göstərən abituriyentlərlə görüş keçirilib

YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova gəncləri qazandıqları böyük uğur münasibətilə təbrik edib

Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon təşkilatında ali məktəblərə bu ilki qəbul imtahanlarında 650 baldan yuxarı nəticə göstərən abituriyentlərlə görüş keçirilib. Görüşdə çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova gəncləri qazandıqları böyük uğur münasibətilə təbrik edib. O qeyd edib ki, ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin uğurlu islahatları nəticəsində təhsil sahəsində yüksək nailiyyətlər əldə edilib və bu gün də bu islahatlar uğurla davam etdirilir. Məhz ölkə başçısı İlham Əliyevin xüsusi tapşırığı və rəhbərliyi altında ölkəmizdə təhsil müəssisələri yenidən qurulur, əsaslı təmir edilir,yeni məktəb binaları və korpusları inşa olunur. Yeni dərs ilinin başlanması ilə əlaqədar rayonun bütün ümumtəhsil məktəblərində cari təmir işləri aparılmış, məktəb binaları dərs ilinə hazır vəziyyətə gətirilmişdir. Bundan əlavə,rayonun Maçaxı və Kələzeyvə kənd ibtidai məktəbləri üçün yeni modul tipli binalar quraşdırılmış,şəhər 6 saylı tam orta məktəbin binasının isə Heydər Əliyev fondu tərəfindən yenidən tikilməsi işi davam etdirilir. Məlumdur ki, dünyada pandemiya elan olunması ilə bağlı ölkəmizdə mart ayının 3-dən ümumtəhsil məktəblərində dərs dayanmışdır. Buna baxmayaraq,müəllimlərimizin fədakar işləri nəticəsində onlayn dərslər aparılmış, uğurlarımız nəinki azalmış, əvvəlki illərdən daha da artmışdır. İsmayıllı rayonunda təhsil uğurları bu il də davam edib. Rayonun 21 abituriyenti 600-dən, 46-sı isə 500-dən yuxarı bal toplayıb. Ən yüksək nəticəni 673 balla şəhər 5 saylı tam orta məktəbin məzunu Səbinə Aydınova göstərib. Şəhər 1 saylı tam orta məktəbin XIA sinfinin 5 şagirdi 600-dən yuxarı bal toplayıb. Onlardan Ağazadə Rəmziyyə - 639, Muradlı Tərlan - 627, Mikayılzadə Mövsümağa - 613, Məmmədova Nigar - 609 və Məmmədova Gülnar - 600 balla fərqlənib. Həmin sinfin 25 məzunundan 23-ü imtahanlarda müsabiqə şərtlərini ödəyib. Anoloji hal şəhər 6 saylı tam orta məktəbdə də qeydə alınıb. Belə ki, bir sinfin 19 şagirdindən 17-si imtahanlarda fərqlənərək tələbə adına namizəd olub. Onların 3-ü isə 600-dən yuxarı bal toplayıb. Şəhər 5 saylı tam orta məktəbində 37 məzunundan 35-i uğur qazanıb, 2 abituriyent isə 600 baldan yuxarı nəticə göstərib. Sevindirici haldır ki, rayonun təhsil uğurlarının içində ucqar kəndlərdə yerləşən məktəblərin də adı var. Buna nümunə olaraq, Keyvəndi, Sumağallı, Buynuz və Gəraybəyli kənd tam orta məktəblərini göstərmək olar.

Sevil Əhmədova çıxışının sonunda ali məktəblərə qəbul olunan tələbələri təbrik edərək onlara uğurlar arzu etdi. Daha sonra, YAP İsmayıllı rayon təşkilatının sədr müavinləri Zaur Muradov, Taleh Salehov, rayon təşkilatının aparat rəhbəri Anar Nəbiyev və Yap İsmayıllı rayon təşkilatının Gənclər Birliyinin sədri Ariz Həsənov çıxış edərək qazandıqları uğurlar münasibətilə gənclərə öz səmimi təbriklərini çatdırıb, onlara gələcək həyatları, ixtisas seçimi və tələbəlik illəri ilə bağlı bir sıra tövsiyələrini bildirib.

Daha sonra 673 balla ən yüksək nəticə göstərən şəhər 5 saylı tam orta məktəbin məzunu Səbinə Aydınova, 656 balla ikinci yüksək nəticə göstərən Talıstan kənd orta məktəbinin məzunu Rəfael Məhərrəmli söz alaraq qeyd etdilər ki, bu uğurlarda təkcə onların deyil, valideynlərin, müəllimlərin, məktəb rəhbərliyinin önəmli payı vardır. Belə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi bizə ayrı bir güc verir- deyə əlavə etdilər. Yüksək bal toplamış gənclər gələcəkdə YAP sıralarına qoşulmaları və partiyanın Gənclər Birliyi ilə fəal əməkdaşlıq etmək niyyətlərini də ifadə ediblər. Görüşün sonunda yüksək bal toplamış gənclərə Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatı tərəfindən hədiyyələr təqdim edilmişdir.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə