Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bioloji fəallığa malik qida əlavələri ilə bağlı sahibkarlara müraciət edib. Agentlikdən SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 3.0.33-20-ci yarımbəndinə əsasən, bioloji fəallığa malik qida əlavələrinin (BFMQƏ) idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə nəzarət etmək Agentliyin vəzifələrinə aid edilmişdir.
“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə görə, Azərbaycan Respublikasına idxal olunan qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı ilə müşaiyət olunmalıdır. Bioloji fəallığa malik qida əlavələrinin idxalı “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 16 iyul 2018-ci il tarixli 302 saylı Qərarına, ekspertizası isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2018-ci il tarixli 287 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”na uyğun olaraq həyata keçirilir.
Agentlik fəaliyyətə başladığı dövrdən etibarən, müvafiq sahədə qanunvericiliyin tələblərinə riayət olunması və istehlakçıların hüquqlarının qorunması məqsədilə davamlı olaraq bioloji fəallığa malik qida əlavələrinin idxalı sahəsində fəaliyyət göstərən sahibkarların maarifləndirilməsi istiqamətində işlər aparır, görüşlər keçirir. Lakin bəzi hallarda sahibkarlar tərəfindən qanunvericiliyin tələblərinin pozulduğu müşahidə olunmaqdadır.
Belə ki, qanunvericiliyin tələbinə əsasən, bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatında “Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz” ifadəsi qeyd edilməlidir. Həmçinin bioloji fəallığa malik qida əlavələri orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədilə həkim tərəfindən tövsiyə oluna bilər, lakin xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədilə təyin olunan dərman vasitələrini əvəz etmir. Bu tələblərdən irəli gələrək, BFMQƏ-nin istifadə təlimatında hər hansı xəstəliyin adı, profilaktikası və müalicəsi məqsədilə istifadə edilməsi barədə məlumat və ya bu cür təəssürat yaradan ifadələrin göstərilməsinə yol verilmir.
Agentlik sözügedən sahədə fəaliyyət göstərən sahibkarlara bir daha müraciət edərək bildirir ki, ölkəyə idxal olunan bioloji fəallığa malik qida əlavələrinin idxalı və satışı prosesləri mövcud qanunvericiliyin tələbləri çərçivəsində təmin edilməlidir. Qanunvericiliyin tələbləri pozulmaqla idxal edilmiş bioloji fəallığa malik qida əlavələrinin qida təhlükəsizliyi seritifikatı ilə təmin edilməsinə və satışına yol verilməyəcəkdir:
"Ölkə əhalisinin sağlam qida ilə təmin edilməsi və bu sahədə nəzarətin təşkili, sahibkarlıq subyektlərinin bu istiqamətdə təklif etdikləri məhsul və xidmətlərin yalnız istehlakçı hüquqlarının qorunmaqla dövriyyəyə buraxılması Agentliyin əsas fəaliyyət istiqamətlərindəndir.
Odur ki, həm sahibkarlıq subyektlərini, həm də istehlakçıları bu sahədə qanunvericiliyin tələblərinə əməl etməyə dəvət edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
BMW mexaniki transmissiyanı saxlamaq istəyir…
Texnologiya 20:14Özünüzə gülməyi bacarmaq üçün lazım olan vəziyyətlər...
Maraqlı 19:43Əgər yadplanetlilər mövcud olsaydı...
Dünya 19:35NI: Rusiya qaz bazarında oyundan kənarda qalıb...
İqtisadiyyat 19:14Müsəlman ailəsində məsuliyyətin tərbiyə edilməsi...
Sosial 19:05BelAZ-ın işçisi: İnsanlar qaçır...
Dünya 18:53Paşinyan Rusiya ilə vidalaşır..?
Dünya 18:23“Son iki ayda vəziyyət dəyişib...”
Dünya 18:04Tramp İran məsələsində niyə öz sözünü deməlidir?
Dünya 17:55Tramp İranda "sivilizasiyanın ölümünü" elan etdi
İqtisadiyyat 17:32Müharibələr və enerji dünyası - AKTUAL
Siyasət 17:30AAYDA Bakıda təmir işlərini martda 10 dəfəyə yaxın artırıb
İqtisadiyyat 17:03Azərbaycanda "Yerin təki haqqında" qanun dəyişib
Siyasət 16:58Sabah güclü külək əsəcək
Sosial 16:56GMO qidaları necə seçmək olar? - EKSPERT AÇIQLADI
Səhiyyə 16:29"Regionda gərginlik yeni mərhələyə keçir" - ŞƏRH
Siyasət 15:37Daşkəsəndə müasir cüdo zalı istifadəyə verilib
İdman 15:32"Qardaş ölkələr daha da yaxınlaşır" - MÖVQE
Siyasət 15:31“Yağışın çoxluğu xəstəliklərin də yayılmasına şərait yaradır”
Köşə yazıları 15:07AYNA: Daha 9 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
İqtisadiyyat 14:50Ermənistan Rusiyanın vassalı olacaqmı? - AKTUAL
Siyasət 14:28"Ermənistanda siyasi vəziyyət seçkilərlə dəyişir" - ŞƏRH
Siyasət 14:26Bakı Limanında səpkili yük daşınmasında rekord artım olub
İqtisadiyyat 14:10Sabah Bakıda 17 dərəcə isti olacaq
Sosial 13:04“Diamed” zavoduna xüsusi media turu təşkil olunmuşdur
Səhiyyə 12:36“İncəsənət təhsilində də işi peşəkarlara həvalə etməliyik”
Mədəniyyət 12:29"Regionda sabitlik üçün mühüm addım atılır" - POLİTOLOQ
Siyasət 12:23Bu il Azərbaycan dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib
İqtisadiyyat 12:12Tramp İranda nə axtarır: molla, yoxsa NEFT?
Siyasət 12:02Norovirus infeksiyası
Səhiyyə 10:53Ali Məhkəmə Plenumunun növbəti iclası olub
Sosial 10:52Dünyada bir ilk! Çində tətbiq olunmağa başlandı
Dünya 10:12Xəzər dənizində yenidən zəlzələ olub
Hadisə 10:08Ayaqqabı seçərkən nələrə diqqət etməliyik?
Səhiyyə 09:45Lerikin 5 kəndinin bir hissəsində işıq olmayacaq
Sosial 09:25Bu günün valyuta məzənnələri
İqtisadiyyat 09:24Bakının bu ərazilərində söküntü olacaq
Sosial 05:04Əliyar Ağayevə beş oyunluq CƏZA
İdman 03:04Futbol izləyən azarkeş tribunada öldü...
İdman 01:04Türkiyəli aktrisa bu məşhur serialda rol alacaq
Şou-Biznes 6 Aprel 23:26Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9615
+0,13%
-
GBP
2,2497
+0,16%
-
RUB
2,1523
+1,23%



