Azərbaycanda 114 nəfər koronavirusa yoluxdu, 138 nəfər sağaldı

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 114 yoluxma faktı qeydə alınıb, 138 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 38 517 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 35 998 nəfər müalicə olunaraq sağalıb, 564 nəfər vəfat edib. Aktiv xəstə sayı 1953 nəfərdir.

Скачать видео

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 921, bu günə qədər isə ümumilikdə 1 200 029 test icra olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə