Deputat Qusarın Düztahir kəndinin seçiciləri ilə görüşüb - FOTOLAR

Deputat Qusarın Düztahir kəndinin seçiciləri ilə görüşüb - FOTOLAR

Milli Məclisin deputatı Azər Badamovun Qusarın Düztahir kəndinin seçiciləri ilə görüşü baş tutub. Görüşdə pandemiyaya qarşı mübarizədə dövlətimizin uğurlarından, sağlamlıqlarının qorunması üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinin hamı tərəfindən icra olunmasının vacibliyindən danışılıb. SİA-nın məlumatına görə, sakinlər kəndə asfalt yolu çəkildiyinə görə sevindiklərini və ölkə başçısına kənd sakinləri adından təşəkkürlərini çatdırmaqlarını xahiş ediblər. Sakinlər həm də müəyyən problemlərdən söz açaraq, qışda evlərin qızdırılması üçün yanacaq-odun limitinin az və baha olduqlarından şikayət ediblər. Məsələ müvafiq təşkilatla araşdırılması üçün qeydiyyata götürülüb.

Həmçinin Azər Badamov məktəb binasının tikintisi ilə tanış olub və adiyyatı qurumlardan tikintinin fasiləsiz işıqla təmin olunmasını xahiş edib

Bu barədə millət vəkili öz Facebook hesabında məlumat verib, fotolar paylaşıb.

2019-cu ildə 2020-ci ilin dövlət büdcəsinin müzakirələri zamanı tərəfimizdən Quxuroba kənd tam orta məktəbin əsalı təmirə ehtiyac olması ilə bağlı məsələ qaldırmışdım. Təhsil Naziri dərhal məsələyə reaksiya verərək məktəb binasının əsaslı təmirinə başladı. Bu gün isə həmin məktəb binasında gedən tikinti işləri ilə tanış olduq. İş icraçısı bildirdi ki, elektrikin verilişində mütəmadi kəsintilər olduğuna görə təmir işləri yubanır. Tərəfimizdən dərhal işıq idarəsinin rəisi ilə əlaqə saxlanıldı və tikintinin fasiləsiz işıqla təmin olunmasını xahiş etdik. İşıq idarəsinin rəisi bu gündən sonra tikinti aparılan ərazini fasiləsiz işıqla təmin edəcəklərini və bu məsələyə şəxsən nəzarət edəcəyini bildirdi. Bütün işlər öz axarınca getsə Məktəbin açılışı oktyabrın sonuna planlaşdırılr.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə