Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq 1 oktyabr 2020-ci il tarixindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə, 15 sentyabr 2020-ci il tarixindən isə yerdə qalan rayon və şəhərlərdə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib.
Uşaq bağçalarının fəaliyyətə hazırlığının vəziyyəti ilə yerində tanış olmaqdan ötrü rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev rayon bir neçə körpələr evi-uşaq bağçalarında olub. İcra başçısı qeyd edib ki, rayonumuzda olan bütün bağçalar dezinfeksiya olunub, bağça işçilərinin koronavirus testindən keçirilməsi üçün müvafiq tapşırıqlar verilib.
Əvvəlki illərdən fərqli olaraq pandemiya şəraitində fəaliyyətimizi Operativ Qərargahın tapşırıq və tövsiyələrinə ciddi əməl etməklə qurmalıyıq. Bununla əlaqədar bağça tərbiyəçiləri və texniki işçilər bağçaların yeni qaydalarla açılması və idarə edilməsinə dair təlimatlandırılacaq, oyun, yataq və digər otaqlar xüsusi qaydalarla təşkil olunacaq. Uşaq bağçalarında müvafiq sanitar-gigiyenik qaydaların təmin edilməsi vacib şərtdir. Ərzaqların keyfiyyətinə daim nəzarət edilməli, qida rasionuna uyğun olaraq yeməklərin hazırlanmasına xüsusi diqqət yetirilməlidir.
İcra başçısı rayonun körpələr evi-uşaq bağçalarının rəhbərləri ilə görüşüb, tövsiyə və tapşırıqlarını verib. Pandemiya dövründə bağçaların fəaliyyətində valideynlərlə qarşılıqlı işin günün tələblərinə uyğun təşkil edilməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, hər birimiz daha məsuliyyətli və diqqətli olmalı, gələcəyimiz olan körpələrin sağlam və vətənpərvər böyüməsi üçün əlimizdən gələni etməliyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB