Hər şeylərini pula satanlar

Yaxud satqın, ermənilərlə əlbir olan, xalqına nifrət edən Arif Məmmədovun ifşası…

Son günlər özünü "ağıllı diplomat" kimi təqdim etməklə Azərbaycan xalqına, Azərbaycan hökumətinə qara yaxmaq, xainliyini açıq-aşkar biruzə verməklə məşğul olan keçmiş səfir Arif Məmmədov, əslində dövlətə külli miqdarda ziyan vurmaqda, büdcə vəsaitlərinin qanunsuz istifadəsində ittiham olunaraq, beynəlxalq axtarışa verilən, ermənilərlə əlbir olan Azərbaycan xalqına qarşı ermənilər kimi nifrət bəsləyən, Azərbaycanın suverenliyindən qıcıqlanan və mənfur, qaniçən, qoca, uşaq, qadını qətlə yetirən, Xocalı soyqırımını törədən, Azərbaycan ərazilərini işğal edən, bir milyondan çox insanın yurd-yuvalarından didərgin düşməsinə səbəb olan erməniləri azərbaycanlılardan üstün tutduğunu açıq şəkildə bəyan edən bağışlanılmaz cinayətkar.

Prezident İlham Əliyev: "Bəzi diplomatlar dövlətə xəyanət, satqınlıq ediblər"

"Mən bir daha demək istəyirəm ki, biz bütün ölkələrlə normal dostluq və tərəfdaşlıq münasibətlərinin "formalaşmasında əməli addımlar atırıq. Amma bu, o demək deyil ki, öz ölkənin, öz xalqının maraqları kənarda qalsın. Bizim xaricdəki bəzi diplomatlarımız fəaliyyət göstərdikləri ölkələrin elçilərinə çevrilirlər. Buna son qoyulmalıdır. Bu da yanlış kadr siyasətinin təzahürüdür. Bəzi diplomatlar dövlətə xəyanət ediblər, satqınlıq ediblər və bunu gizlətmirlər. Yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədirlər. Bizdə kifayət qədər məlumatlar var. Bu gün Azərbaycana qarşı çirkin kampaniya aparan, özünü azərbaycanlı kimi təqdim edən, əslində, ermənilərdən də pis olan ünsürlərin mütləq əksəriyyəti yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədir. Onlardan pul və təlimatlar alırlar. Bizdə bu məsələ ilə bağlı kifayət qədər məlumatlar var. Bizim xüsusi xidmət orqanlarımız tərəfdaş ölkələrin xüsusi xidmət orqanlarına dəfələrlə bu haqda məlumatlar vermişlər. Demişlər ki, biz bilirik, filan adamı siz istiqamətləndirirsiz, filan adama siz ev vermisiniz, filan adamın çirkin çıxışları sizin idarənizdə yazılır. Biz bütün bunları bilirik".Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib.

"Bir daha demək istəyirəm ki, bu, o ölkələrin riyakarlığını göstərir. Çünki mən bu haqda dəfələrlə demişəm. Bir tərəfdən bizə dostluq siqnalları göndərilir, üzdə tərəfdaşlıq haqqında sözlər deyilir, amma, əslində, bizə qarşı kampaniya aparılır. Bunun da məqsədi Azərbaycanı zəiflətmək, Azərbaycanı sarsıtmaq, Azərbaycanı ləkələmək, Azərbaycan rəhbərləri haqqında olmayan yalanları yaymaqdır. Ancaq həyat artıq göstərir ki, bunun heç bir əhəmiyyəti yoxdur. Çünki Azərbaycan xalqı hər şeyi yaxşı bilir. Bilir ki, bu gün bizim fəaliyyətimizdə Azərbaycan xalqının maraqları hər şeydən üstündür. Çox güman ki, məhz buna görə bizə qarşı bəzi hallarda belə çirkin üsullardan istifadə edilir. Bilirsiniz, müxtəlif vaxtlarda bu üsulların məzmunu və formaları dəyişirdi. Vaxtilə dırnaqarası "müstəqil" qeyri-hökumət təşkilatları vasitəsilə bizə hücumlar edilirdi. Halbuki hər kəs yaxşı bilir ki, bu qeyri-hökumət təşkilatları hansı mənbələrdən maliyyələşir – böyük dövlətlərin xarici siyasət orqanları tərəfindən maliyyələşir. Bir müddət xarici ölkələrin kütləvi informasiya vasitələri bizə qarşı çirkin kampaniya aparırdı – həm elektron, həm yazılı kütləvi informasiya vasitələri. Biz bu kütləvi informasiya vasitələrinin hansı mənbələrdən maliyyələşdiyini də bilirik. Bunun heç bir faydası olmadı, əksinə, Azərbaycan ictimaiyyəti çox yaxşı dərk edirdi, başa düşürdü ki, bunun məqsədi nədir – Azərbaycanı zəiflətmək, Azərbaycanda xaos yaratmaq, Azərbaycanı 1990-cı illərin əvvəllərinə qaytarmaq və ondan sonra bu imkanlardan istifadə edib öz maraqlarını təmin etmək. Bu keçməyəndə isə növbəti çirkin üsullara əl atıldı. Özlərini azərbaycanlı kimi təqdim etməyə çalışan, ancaq mənəvi cəhətdən eybəcərliyin rəmzinə çevrilmiş antimilli ünsürlər indi xarici xüsusi xidmət orqanlarının rəhbərliyi altında Azərbaycana qarşı çirkin kampaniya aparırlar. Bu, düşünülmüş siyasətdir və əslində, bu siyasətin məqsədi Azərbaycan xalqının əsrlərboyu qoruduğu milli dəyərləri sarsıtmaqdır, bizim mənəvi sütunlarımızı dağıtmaqdır. Çünki Azərbaycan xalqının mentaliteti bunu inkar edir. Heç vaxt bizim tariximizdə belə çirkin üsullardan, yalanlardan, böhtanlardan istifadə edilmirdi. Bu, bizə xaricdən idxal edilir. Ona görə bizim diplomatlarımız buna qarşı fəaliyyət göstərməlidirlər. Yoxsa ki, "dəymə mənə, dəyməyim sənə" prinsipi ilə işləmək olmaz. Əfsuslar olsun ki, bizim Xarici İşlər Nazirliyində son vaxtlar bu prinsip əsas rol oynayır.

Mən demişəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, milli maraqlar tam təmin edilməlidir. Ancaq bir çox hallarda bunun əksini görürük. Görürük ki, razılaşma prinsipi əsas tutulur, milli maraqları kənara qoyub kiminsə xoşuna gəlmək üçün səylər göstərilir. Bu haqda bir çox məlumatlarım var. Ona görə siz bu məsələləri nəzərdə saxlayın. Bizə elə diplomatik kadrlar lazımdır ki, peşəkar, milli ruhda, milli dəyərlərə bağlı olsunlar, ölkəmizi müdafiə edə bilsinlər".

Cinayətkar "cinayət" axtarışında…

Azərbaycan xalqını, dövlətini təhqir edənlər cinayət məsuliyyətinə cəlb olunmalıdır. Çünki Azərbaycan xalqına qarşı aşağılayıcı fikirlər cinayət məsuliyyəti ilə ölçülməlidir. Keçmiş səfir Arif Məmmədov Ermənistanın Azərbaycana qarşı təxribatının günahını Azərbaycan hakimiyyətinin üstünə atması erməniləri sevindirib. Bu «fakt» gələcəkdə ermənilər üçün hava və su kimi lazım olmaqla yanaşı, həm də bu sifarişi verən digər qüvvələrə də... günahı döyənlərdə yox, döyülənlərdə görür.

Azərbaycana qarşı təbliğat aparan sabiq səfir Arif Məmmədov isə lap uzağa gedərək, «ermənilərin heç bir günahı yoxdur, baş verənlərin yeganə günahkarı Azərbaycanın xüsusi xidmət orqanlarıdır» tezisi ilə özünün kimə xidmət etdiyini açıq nümayiş etdirdi. Arif Məmmədov ardıcıl olaraq sosial şəbəkələrdə etdiyi çıxışlarında həqiqətə uyğun olmayan, Azərbaycana qarşı qarayaxma kampaniyasına işləyən fikirlər səsləndirir. O iddia edir ki, guya bir sıra ölkələrdə azərbaycanlılarla ermənilər arasındakı münaqişənin səbəbkarı Azərbaycan hökumətidir və bununla hazırkı rəhbərlik daxili problemlərdən fikirləri yayındırmağa çalışır. 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "fövqəladə və səlahiyyətli səfir" diplomatik rütbəsindən məhrum edilən kimi A.Məmmədov Azərbaycan xalqına, Azərbaycan hökumətinə qara yaxmaq, xainliyini açıq-aşkar biruzə verməklə məşğul oldu.

Və "sapı özümüzdən olan balta" A.Məmmədov kimi satqınlar isə düşmənlə birləşir. Lakin xalq artıq həqiqətləri dərk edir və sosial şəbəkələrdə erməniləri dəstəkləyən şəbəkəyə edilən etirazlar da bunu sübut edir. Bu şəxslər azərbaycanlıların vətənpərvərlik aksiyasını ləkələməyə, onun mahiyyətini təhrif etməyə çalışır, bununla da ermənilərin mövqeyinə xidmət göstərir. Cinayətkar olduqları halda "cinayətkar" axtarır. Bax, budur erməni ilə həmrəy olan riyakarlıq.

Erməni ilə həmrəy olan riyakarlar…

Bax, budur A.Məmmədovun xisləti. Əsl həqiqətləri sivil formada dünyaya bəyan etmək imkanlarımız daha da genişləndiyi bir zamanda içimizdən çıxan xain A.Məmmədov erməni təəssübkeşliklərini ortaya qoyur və Azərbaycanın uğurlarına kölgə salmaqla, dünyada etibarlı tərəfdaş kimi qəbul olunmasına qarşı çıxmaq istəyən qüvvələrə dəstək verməklə kimlərə «xidmət» etdiyini nümayiş etdirir. Xüsusilə də, son günlər işğalçıya, terrorçuya haqq qazandırmaqla, dünyanın gözü qarşısında baş verən hadisələrə görə Azərbaycanı ittiham etməklə əsl riyakarlığını bir daha ortaya qoyur. Bu məxluq xalqımızın haqq davasına qara yaxaraq, işğalçının cinayət əməllərinə haqq qazandırmaq kimi sərsəm fikirlər səsləndirməklə cinayətkarların etdiklərini Azərbaycanın üzərinə atmağa çalışır.

Necə ola bilər ki, bir insan əzizlərini, yaxınlarını vəhşicəsinə qətlə yetirən, xalqına qarşı soyqırımı aktları həyata keçirən terrorçuya dəstək olsun?! İnsan nə dərəcədə xalqına, dövlərinə nifrət etməlidir ki, əli millətinin qanına batan erməni ilə hərməy olsun?!

Nə yazıq ki, belə riyakarlarımız, xalq düşmənlərimiz də var və indiyədək kimlər tərəfindən «bəslənildikləri» açıq-aşkar üzə çıxır. Düşmən onlardan Azərbaycana qarşı silah kimi istifadə etdiyini billə-bilə yenə də hər şeylərini qrantlara satmağa hazır olduqlarını bir daha nümayiş etdirirlər. Prezident İlham Əliyev haqlı olaraq deyir ki, onlar ermənilərdən də pisdirlər...

Amerikalı yazıçı Paul Austerin xəyanətkar və satqınlar haqqında gözəl bir fikri var: "Sənə bir dəfə xəyanət edəni bağışlasan, səni yenə istifadə edər. Çünki xəyanət bir ruh halı deyil, xarakterin tökülüş formasıdır".

Yəni bir dəfə xəyanət edən bunu davamlı etməyə artıq öyrənir. Ona görə də xəyanətkara cinsindən asılı olmayaraq, şərəfsiz deyilir. Azərbaycan cəmiyyəti artıq son illərdə bu şərəfsizin və buna bənzər şərəfsizlərini simasını tanımaqdadır. "Beşinci kolon" rolunda çıxış edən A.Məmmədov əlindən gələn hər şeyi edir ki, Avropa Şurasındakı azərbaycanlı parlamentariləri pis vəziyyətə salsın. Hətta Azərbaycana simpatiyası olmayan cənab Yaqland da onun hərəkətlərini təxribatçı və ya «sərsəmlik» kimi qəbul edirdi. Azərbaycana nifrət edən bu şəxslərin əsl üzü budur – "Vətən üçün pis olan, mənə faydalıdır".

Belələrini isə xalq heç vaxt bağışlamayacaq!.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə