SİA-nın 11 sentyabr tarixli xəbər blokunda "Piyadaların yolunu kəsənlər kimdir?" başlıqlı yazı tirajlanıb. Xəbərdə Üzeyir Hacıbəyov küçəsindəki "Günaybank"ın qarşısında piyadalar üçün nəzərdə tutulmuş yolda sıralanıb duran maşınlar təsvir olunub. İctimailəşdirilən bu xəbərdə maşın sahiblərinə avtomobillərini dayanacaqda, yaxud piyadaların hərəkətinə maneçilik törətməyən yerdə saxlamaq məsləhət görülüb. Güman edilib ki, həmin minik maşınları "Günaybank" əməkdaşlarına aiddir. Üstəlik aidiyyəti qurumlardan piyadaların haqqına girən bu sürücülər barədə ölçü götürülməsinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, bu xəbər dərc olunandan sonra, daha dəqiq desək bu gün "Günaybank"ın ictimaiyyətlə əlaqələr şöbəsindən sözügedən xəbərə münasibət bildirildi. Qeyd edildi ki, fakt inkarolunmazdır, amma fotoda təsvir olunan minik avtomobillərinin yalnız biri bankın əməkdaşına aiddir. Digərləri isə kənar şəxslərindir. Hətta bankın rəhbərliyi həmin şəxslərə dəfələrlə irad bildirib.
Redaksiyanın əməkdaşı bank rəsmisinin açıqlamasından dərhal sonra yenidən həmin ünvanda olub və avtomobillərin artıq səkidən yığışdırıldığını fotokameranın yaddaşına köçürüb. İnanırıq ki, bütün qurumlar ictimaiyyəti narahat edən faktlara "Günaybank"ın rəhbərliyi kimi dərhal reaksiya verəcək. Biz də SİA olaraq haqlı iradımızı səmimi qəbul edən və problemin aradan qaldırılmasında operativlik nümayiş etdirən "Günaybank"ın rəhbərliyinə təşəkkürümüzü bildiririk.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB