Yaxud mitinq düşkünlüyü, yoxsa intiqam hissi?
Özünü müxalifət adlandıran, cəmiyyətdə dayağı olmayan, hələ də mitinq və küçə təfəkkürü ilə yaşayan, qrantlara görə hər şeylərini satan ermənixislətli xarici qüvvələrin nökərləri olanlar 30 il əvvəlki ağıl və düşüncə, vərdişləri unuda bilmirlər. Dünya inkişaf edir, demokratik seçki, siyasi mübarizə metodoligiyası təkmilləşir. Demokratik cəmiyyətin əsas atributuna çevrilən xalqın seçimi hakimiyyətin əsas təməli kimi daha da möhkəmlənir. Və hələ də anlamırlar ki, indiki hakimiyyət milli hakimiyyətdir. Azərbaycan müxalifəti isə milli maraqlardan, millilikdən uzaqlaşıb. Müxalifət öz məqsədlərinə nail olmaq, hakimiyyətə gəlmək üçün istənilən fikri işlədir, istədiyi qüvvələrlə əməkdaşlığa gedir. Müxalifət ölkənin və regionun reallığını nəzərə almadan, dünyada gedən proseslərin mahiyyətini anlamadan əsassız, populist, bəyanatlar verir. Mitinq və küçə yürüşləri demokratik mübarizənin, xalqın iradəsinin və sosial sifarişin ifadəsi deyil.
Mitinq sifarişini verən xarici qüvvələr və bu sifarişin köləsinə çevrilən antimilli ünsürlər anlamırlar ki, Azərbaycan dövləti ilə xalqının monolitliyi, iqtidar və xalq birliyi bütün bu təxribatları iflasa uğradır. Azərbaycan cəmiyyəti radikal müxalifətin bu cür antimilli mövqeyini ikrah hissi ilə qarşılayır. Bütövlükdə isə, xalqın radikal müxalifətə etimad göstərməməsinin səbəbi bəllidir: ölkənin milli mənafeyini özlərinin və xidmət etdikləri qüvvələrin korporativ maraqlarına qurban verməyə hazır olan, ictimai şüuru manipulyasiyaya məruz qoymağa çalışan, dağıdıcı çağırışlar edən, radikal-ekstremist qüvvələri dəstəkləyən, həmçinin bu kimi bir çox antimilli hərəkətləri fəaliyyətlərində əsas istiqamət kimi götürən dağıdıcı qüvvələrə etimad göstərmir!
Əli Kərimli: "Biz xaricdə internet TV və sosial şəbəkədə çıxış edənlərlə birgə hərəkət edirik"
Göründüyü kimi, AXCP sədri satqın Əli Kərimli bünövrədən çirkabla həyata göz açıb. Göründüyü kimi, mitinq xəstəsi Əli Kərimli bu günlərdə katibəsi, ata qatillərinin müdafiəçisi Sevinc Osmanqızının kanalında verdiyi müsazibəsində bildirir ki, guya "sosial sifariş olduğu üçün mitinqlərə başlamaq qərarına gəliblər". Unudur ki, sosial sifariş çoxminlyonlu cəmiyyətin hər bir üzvünün tələbidir. Məsələ ondadır ki, cəmiyyətin kiçik bir qisminin arzu və istəkləri ümumilikdə sifariş deyil, müəyyən qüvvələrin maddi-siyasi maraqlarının ifadəsidir. Gülünc və absurd düşüncə. 150-200 insanın mintinq ehtirası hansı sosial sifariş ola bilər? Ancaq mitinqin həqiqətən sifariş olduğunu da gizlətmək olmaz, bu sifarişin mənbəyi isə Azərbaycan deyil, Qərbdəki anti-Azərbaycan qüvvələridir. Bunu Kərimlinin fikirləri də çılpaqlığı ilə ortaya qoyur. Onun "biz xaricdə internet TV və sosial şəbəkədə çıxış edənlərlə birgə hərəkət edirik" fikri də xaricdən idarə olunduqlarını, sifarişin də, məhz xarici ağaların verdiyini təsdiqləyir.
Göründüyü kimi, mitinq və digər aksiyalar "Milli Şura"nın və Əli Kərimlinin qrant layihəsinin bir hissəsidir. Bu layihələrin məqsəd və məramı gizli deyil, Azərbaycan dövlətini, Azərbaycan hakimiyyətini hədəf seçmək. Həm ölkə daxilindəki "beşinci kolon” nümayəndələri, həm də «mühacir» adı ilə xaricə sığınan antimilli ünsürlər ermənipərəst mərkəzlərdən aldıqları qrantların «haqq»ını vermək üçün istənilən hadisədən, mövzudan istifadə etməklə ölkədə qarışıqlıq yaratmaqdır.
Nədir AXCP-nin azarı?...
Azərbaycan ölkəsi inkişaf etmiş ölkələr sırasında ən yüksək pillədədir. Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir. Bununla yanaşı, ölkəmizdə zamanın çağırışlarına uyğun olaraq genişmiqyaslı islahatlar həyata keçirilir, ölkəmizin qüdrətinin daha da artmasına xidmət edən mühüm addımlar atılır. Azərbaycan dövlət başçısının apardığı siyasət ona köklənib ki, hər bir Azərbaycan vətəndaşı özünü güclü dövlətin layiqli bir vətəndaşı kimi hiss edə bilsin. Humanist olması ilə yanaşı, Azərbaycan prezidenti milli maraqlarda qətiyyən güzəştə getmir.
"Beşinci kalon"un satqın «sülaləsi» - Əli Kərimlini, Sevinc Osmanqızını, Cəmil Həsənlini, Qənimət Zahidi, Xədicə İsmayılı, Vidadi İskəndərlini, Arif Məmmədovu…və bu kimi erməniyə satılanları nə maraqlandırır? Əli Kərimli deyir ki, "əgər ölkənin daxilində ciddi dirəniş olmasaydı, bu gün baş verənlər olmayacaqdı. Bunu bilin, biz meydanda olanda dünya bizi eşidəcək!». Nə qədər rəzil düşüncə!
Başqa cür də düşünə bilməzlər. Çünki xarici qüvvələrin təsiri altında, onlardan maliyyə asılılığında olan bu satqın, antimilli ünsürlər və onların təlimatçıları hər cür dövlət mənafeyini satmağa, Vətəninə xəyanət etməyə hazırdır. Çünki «beşinci kalon»un satqınları xarici antiazərbaycan dairələrdən aldığı pullarla ölkəmizə, müstəqilliyimizə qarşı mübarizə aparan erməni lobbisi və terrorçularla həmişə bir səngərdə yer alan antimilli ünsürlərdir. Azərbacan dövləti və dövlət başçısı hər addımında milli maraq və mənafeləri uca tutur. Azərbaycanda hakimiyyət tərəfindən aparılan siyasətin ən başlıca vəzifəsi azərbaycan vətəndaşın dahada firavan yaşamasıdır.
Radikal ünsürlər isə - əməlləri ilə anti-Azərbaycan dairələrin əlaltısı qismində çıxış edən, siyasi fəallığı siyasi satqınlıq kimi qavrayan Arif Məmmədov, Ramiz və Leyla Yunuslar, Cəmil həsənli, Əli Kərimli, Sevinc Osmanqızı, Gültəkin Hacıbəyli və bu kimilər açıq şəkildə ermənipərəst mərkəzlərin direktivlərinə əsaslandıqlarını ortaya qoyurlar. Bir həqiqəti anlamaq lazımdır ki, milli dönüklərin, xəyanətkar ünsürlərin bəd niyyətləri iflasa məhkumdur. Məğlubiyyət, uğursuzluq və bacarıqsılıq boyunlarına biçilib bu satqınların və artıq tarixin istifadə olunmuşlar bölməsindəki eksponatlardır.
Fizikadakı adi hərəkət qanununa görə, dalğa bir yerdə qala bilməz; o, fasiləsiz olaraq irəli və geri hərəkət etməlidir. Tarix də elədir. İctimai həyatın çirkin ifrazatı radikal ruhlu müxalifətin sıralarında yer aldığına görə o nə isə etmək, bacarmaq, yaratmaq iqtidarında deyil. Bir də deyirlər ki, dəniz çirkab götürmür; o, yad cisimlərdən xilas olmaq üçün güclü dalğaları ilə vurub sahilə çıxarır. Öz doğuşu və təşəkkülü ilə ən yeni tariximizin ikrahdoğurucu səhifələrindən birini yazmış radikal, antimilli müxalifət də cəmiyyətimizin kükrəyən inkişaf ahənginin miqyaslarına tab gətirməyərək siyasi səhnədən silinməkdə, çökməkdə, iflas etməkdədir.
Vətənindən, dövlətindən üz çevirən şəxsin hərəkətlərinin bir adı var - mənəviyyatsız!. Bu satqınlar bilməlidirlər gec-tez xalqın qarşısında ən ağır cəzəlarını alacaqlar, özü də bağışlanılmayan cəzalarını!
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB