Xalqlar mədəniyyəti, davranışı, həyat tərzi ilə tanınır. Bəzən həyatımızda ayrı-ayrı sahələri ifadə edən adların sonluğuna "mədəniyyət" sözünü artırıb söz birləşməsinin kəramətini bir az da artırırıq. Məsələn, mətbəx mədəniyyəti, yol mədəniyyəti, sərnişin mədəniyyəti, sürücü mədəniyyəti... və s. Təbii ki, bu ifadələrin reallıqda öz əksini tapması üçün cəmiyyətin ayrı-ayrı üzvləri, fərdlər mədəniyyətli olmalı, başqasının haqqına girməməli, bir sözlə dövlətin, hökumətin qanunlar kitabında yazdıqlarına ciddi əməl etməlidirlər. Əks təqdirdə xaos yaranar, anarxiya baş alıb gedər.
Əziz oxucu, sadaladığımız "mədəniyət"lərdən biri ilə sizi tanış edib, nəticə çıxarmanızı da sizin ixtiyarına buraxırıq. Yuxarıdakı foto bu gün Üzeyir Hacıbəyli küçəsindəki "Günaybank"ın qarşısında piyadalar üçün nəzərdə tutulmuş səkidə çəkilib. Gördüyünüz kimi, 3 minik avtomobili yan-yana duraraq, qanunları kobud şəkildə pozaraq piyadaların gediş-gəlişinə demək olar ki, tam mane olurlar. Çox güman ki, həmin maşınlar "Günaybank"-ın əməkdaşlarınındır. Bu səkidən hər gün yüzlərlə piyada istifadə edir. Piyadalar isə özünü təhlükəyə ataraq ya avtomobil yoluna çıxmalı, ya da həmin maşınlara sürtünə-sürtünə keçməlidirlər. Nə polis, nə də Bakı Nəqliyyat Agentliyi hələ də bu qanun pozuntusuna qarşı tədbir görmək fikrində deyil.
Budur, həmin maşın sahiblərinin dayanacaq mədəniyyəti. Halbuki 100-150 metr uzaqda yeraltı dayanacaq var, istəsələr özlərinə bir az əziyyət verib maşınlarını orada saxlaya bilərlər. Amma səhərdən axşama qədər bankda çalışan bu qayda pozucuları piyadaların haqqına girməyi yeraltı dayanacağa gündəlik 3-5 manat verib insanlara rahatlıq, dövlətə isə xeyir verməkdən üstün bilirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB