AFFA-nın və Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir 11 sentyabr 2020-ci il tarixdə Gədəbəy rayonunda keçirilib. SİA-ya verilən məlumata görə, bu layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.
Bu layihə çərçivəsində keçirilən tədbirdə rayonun Novosaratovka, Novoivanovka, Şınıx və Miskinli kəndlərindən 50 məktəbli uşaq iştirak edib. Tədbirdə iştirak edən uşaqlara futbola marağı yaratmaq və artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilibr. Gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər.
Tədbirdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin deputatları Sevinc Hüseynova, Arzu Nağıyev və Sabir Hacıyev iştirak edib.
Bu layihə üzrə tədbirlərin digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB