Uğursuz aksiya cəhdi xalq tərəfindən dəstəklənmədi!
Yenə də radikal müxalifətin satqın və dələduz "lider"i Əli Kərimli "Milli Şura"nın koordinasiya mərkəzinin üzvü Tofiq Yaqublunun həbsinə "etiraz ssenarisi"ndən bəhrələnmək üçün bu dəfə jurnalist jileti geyinmiş "trol" dəstəsindən istifadə etmək oyununa əl atdı. Ancaq əli daşa dəydi, oyun baş tutmadı. Çünki bəlli idi ki, adı müxalifət olan, əslində isə ermənipərəst dairələrin ideyası əsasında yaradılan, "zoom" iclasları bir nəticə vermədiyindən siyasət meydanından silindiklərini görən "Milli Şura" bu dəfə Tofiq Yaqublu kartını masaya atmaq istədi. Guya Tofiq Yaqublunun hüquqlarını müdafiə edirlər. Ən maraqlı məqam isə, mediadan xəbərsiz qul-beçələrinə "MEDİA" sözü yazılmış gödəkçələri geyindirərək atdılar meydana. Özləri qanunları, qaydaları pozaraq "qanun", "demokratiya", "insan haqları" deyə bağırmağa başladılar. Və bu çağırışa da sosial şəbəkələrdən dəstəkçi olanlar - axcp-çilər, müsavatçılar və onların əl tulalarrı Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Leyla Yunus, Xədicə İsmayıl, Sevinc Osmanqızı, Vidadi İskəndərli, Qənimət Zahid və sayı-bilinməyənlər pult arxasına keçib başladılar tamaşalıların beyinlərini zəhərləməyə.
Mitinq xəstəsi olan Əli Kərimli sosial şəbəkədən var gücü ilə bağıraraq deyir ki, guya "sosial sifariş" olduğu üçün mitinqlərə başlamaq qərarına gəliblər. Unudur ki, sosial sifariş çoxminlyonlu cəmiyyətin hər bir üzvünün tələbidir. Məsələ ondadır ki, cəmiyyətin kiçik bir qisminin arzu və istəkləri ümumilikdə sifariş deyil, müəyyən qüvvələrin maddi-siyasi maraqlarının ifadəsidir. Gülüncdür, 100-150 insanın mintinq ehtirası hansı sosial sifariş ola bilər? Ancaq mitinqin həqiqətən sifariş olduğunu da gizlətmək olmaz, bu sifarişin ünvanı isə Azərbaycan deyil, Qərbdəki anti-Azərbaycan qüvvələridir. Bunu Kərimlinin fikirləri də çılpaqlığı ilə ortaya qoyur. Onun "biz xaricdə internet TV və sosial şəbəkədə çıxış edənlərlə birgə hərəkət edirik" deməsi fikri də xaricdən idarə olunduqlarını, sifarişin də məhz xarici ağaların verdiyini təsdiqləyir.
Soruşmaq lazımdır, ay boş bardağı dolu çanağa vuran, erməni yalı ilə bəslənənlər, anlamırsınız ki, antimilli, anti-Azərbaycan təbliğatlarla, erməni lobbisinin sifarişlərini yerinə yetirməklə respublikamızda təxribat törətmək, qarşıdurma yaratmaq cəhdlərinə nail ola bilməyəcəksiniz və Vətənə xəyanət əməlləriniz uzun müddət davam edə bilməz. Bu gün səs-küy salan adını "jurnalist" qoyanların Azərbaycan jurnalistikasının inkişafında heç bir rolu və xəbəri olmadığı halda qanundan, demokratiyadan danışmağa haqqı varmı?
Bu gün Azərbaycan milli mətbuatımızın keçdiyi 145 il hər bir jurnalistin, hər bir qələm sahibinin həyatında ən unudulmaz, ən əlamətdar günü kimi qeyd olundu. Əsl qələm sahibləri əllərində tutuduqları qələmin, yazdığı yazıların altında qoyduqları imzalarının dəyərini bilənlər, dövlətin, ölkə Prezidenti İlham Əliyevin jurnalistlərə diqqət və qayğısının dəyərini bilən media belə çirkin oyunlara qoşula bilməz. Sentyabrın 10-da qanunlardan başı çıxmayan peşə kodeksinə və fəaliyyətinə uyğun olmayan qərəzli, hətta təxribatçılıq əməllərə rəvac verməyə çalışan, əyinlərinə MEDİA gödəkçələri geyinmiş bəzi "jurnalistlər"in polisə qarşı müqavimət göstərməyə cəhd etmələri ancaq və ancaq düşmənçilikdir. Məhz elə buna görədir ki, 27 il ərzində Əli Kərimli və ətrafında olan ermənilərin ayaqqabılarınnı silinməsinə belə lazım olmayan tryaprkaların keçirdikləri qanunlu və yaxud qanunsuz aksiya və yürüşləri fiaskoya uğrayır. Bu dəfə də şəhər sakinləri qanunsuz keçirilən yürüş cəhdini kütləvi boykot etdi.
AXCP sədri Əli Kərimli sosial şəbəkələrdə açıqlama verərək bildirir ki, "xalqın mübarizə əzmini göstərmək, hökumətin xalqla hesablaşmasına müəyyən mənada nail olmaq idi". Həyasızlığın dərəcəsi bu qədər də olmaz. Xalq sizi boykot etdiyi halda hansı üzlə xalqın adından danışırsınız? Əli Kərimli bildirir ki, guya həbsdə olan müxalifət lideri Tofiq Yaqublunun azad edilməsi tələbilə aksiya keçirirsiniz? Guya 30-a yaxın şəxs saxlanılıb. Yenə də Ə.Kərimli iç üzünü göstərir. Lakin polis saxlanılan və həbs edilənlərin olmadığını bildirib. Və Bakı Şəhər Polis İdarəsinin yaydığı məlumata əsasən, "qanunsuz küçə yürüşünə" cəhdin qarşısını alınarkən, "iştirakçılar ərazidən uzaqlaşdırılmışlar.
Göründüyü kimi, əslində, o qüvvələr ölkə siyasətində mövcud olduqca Azərbaycanda konstruktiv düşüncəli siyasi qurumların inkişafına əngəl törədirlər, ölkədə çox partiyalı sistemin formalaşmasına maneə olurlar. Bu gün onların fəaliyyəti, keçirdikləri icazəsiz mitnqlər yalnız ölkədə qarışıqlıq yaratmaq, təlimat aldıqları xarici himayədarlarının sifarişlərini yerinə yetirməkdən ibarət deyil, eyni zamanda onların qarşısına qoyulan vəzifələrdən biri ölkədə həyata keçirilən islahatların gedişatına mane olmaqdan ibarətdir. Mitinq və digər aksiyalar "Milli Şura"nın və Əli Kərimlinin qrant layihəsinin bir hissəsidir. Bu layihələrin məqsəd və məramı gizli deyil, Azərbaycan dövlətini, Azərbaycan hakimiyyətini hədəf seçən və milli maraqların əleyhinə ypönəlmiş planın və ssenarinin bir parçasıdır. Azərbaycanın dinamik inkişafı, dövlətçilik maraqlarına əsaslanan müstəqil siyasət həyata keçirməsi və milli məsələlərlə bağlı prinsipial mövqedən çıxış etməsi həm anti-Azərbaycan dairələr, həm ölkə daxilindəki "beşinci kolon!" nümayəndələri, həm də "mühacir" adı ilə xaricə sığınan antimilli ünsürlər tərəfindən ciddi narahatlıqla qarşılanır. Ona görə də həmin ünsürlər ermənipərəst mərkəzlərdən aldıqları qrantların "haqq"ını vermək və maliyyə axınının davamlılığını təmin etmək üçün anti-azərbaycançı çağırışlar səsləndirir, ümummilli məsələlərdə dövlətimizin və xalqımızın mənafeyinə zidd mövqe tuturlar. Ölkə daxilindəki və xaricdəki "beşinci kolon" nümayəndələri istənilən hadisədən, mövzudan istifadə edərək Azərbaycanı hədəfə götürür, dövlətə qarşı "qara piar" kampaniyası aparırlar.
Ən maraqlı məqam isə, qanunsuz keçirilən mitinq zamanı satqın və mənəviyyatsız, jurnalist adına ləkə olan Xədicə İsmayıl, Sevinc Osmanqızı, Qənimət Zəhid kimilər sosial şəbəkələrdə asayişi qoruyanların ünvanına təhqirli sözlər deməsi elə əxlaqsızılığın nümunəsidir. Lakin belə Xədicə, Sevinc, Qənimət kimi fərdlər anlamır ki, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolu ilə inamla irəliləyən, Avratlantik məkana inteqrasiya kursunu uğurla davam etdirən, qlobal enerji və kommunikasiya layihələrinin mərkəzinə çevrilən müstəqil Azərbaycan bu gün bütövlükdə Avropanın ən sabit, təhlükəsiz və tolerant ölkələrindən biri kimi tanınır. Və möhkəm təməl üzərində formalaşmış ictimai-siyasi sabitlik amili ilə şərtləndiyini, həmrəyliyə və vətəndaş sülhünə əsaslandığını xüsusi vurğulamağa ehtiyac yoxdur. Danılmaz həqiqətdir ki, respublikamızın ictimai-siyasi sabitlik şəraitində inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində, dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən müdafiəsində, vətəndaşların təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təminatında daxili işlər orqanlarının və onun ayrı-ayrı strukturların, o cümlədən, polislərimizin fəaliyyətləri ilə qürur hissi keçirisən. Və bu gün belə bir məsuliyyəti missiyanın yerinə yetirən polislərimizə radikal müxalifət hər cürə böhtanlar yağdırması bir daha onların əxlaqsız olduğunu sübut edir.
Polis kiminsə qolundan tutub kənara çəkirsə, vətəndaşı qanuna tabe olmağa çağırırsa, budurmu zorakılıq? Özlərini "demokratiya" aşiqləri kimi qələmə verən bir ovuc müxalifət fəalı nədənsə, xəyallarında yaşatdıqları Qərb ölkələrində baş verənləri görməzdən gəlir, Avropa və Amerika küçələrindəki amansız zorakılıq hallarına qara eynəklə baxırlar. Sanki heç nə olmamış kimi rəftar edirlər. Azərbaycana gəldikdə isə, bu cür manqurtlaşmış insanlara qarşı sonadək təmkin və səbr nümayiş etdirən şərəfli polislərimizi gözdən salmaq üçün ən çirkin yollara əl atırlar. Bax, reallıq budur. Budur dağıdıcı müxalifət «liderlərinin» iç üzü və xislətləri. Bu baxımdan, belə bir tərzdə tərsinə düşünənlərə insan deyil, məxluq deyirlər. Çünki Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Xədicə İsmayıl, Qənimət Zahid, Sevinc Osmanqızı…kimi məxluqlar da normal anlama, hadisəni təhlil etmək, şüur qabiliyyəti olmur. Mümkünsüzdür. Çünki dərk etmək üçün düşünən baş olmalıdır, o da bu məxluq və satqınlarda heç vaxt oldmayıb. Abırsızdan isə başqa nəyi gözləmək olar axı, Vətənə, millətə, xalqa sədaqətimi? İçindən çörək yediyi çörəkqabına sahib çıxmağımı? Nə edirsən et, xalq kimin kimi olduğunu yaxşı bilir. Necə deyərlər: "Çalxalandıqca, bulandıqca zaman nehrə kimi, yağı yağ üstə çıxır, ayranı ayranlıq olur"
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB