Turan ordusu 5 saat ərzində Ermənistanın mövcudluğuna son qoya bilər - TƏHLİL
Bəzi yerli sayt və qəzetlərin xarici KİV-lərə istinadən belə bir məlumatına rast gəldim ki, Ermənistan Suriyada Türkiyə ordusuna və onun dəstəklədiyi “Azad Suriya Ordusu”na qarşı döyüşmək üçün bölgəyə 450 hərbçi göndərib. NZİV.net adlı İsrail xəbər portalına istinadən yayılan məlumatda bildirilir ki, Ermənistandan hərbçilərin Suriyaya daşınmasını Rusiya həyata keçirib.
Erməni muzdluları qərargahı Livanda yerləşən, Suriyada və Livanda fəaliyyət göstərən hakimiyyətyönümlü (“Çenak” partiyası tərəfindən ələ alınıb. Batalyonu Rusiyanın Suriyadakı Hmeymim aviabazası ilə razılaşdırılmış şəkildə Suriya hərbi kəşfiyyatından briqada generalı Muhsan Nafnuf müşayiət edir.
Nəşr bildirir ki, erməni muzdlularının Suriyada Bəşər Əsədin tərəfində Türkiyə ordusuna qarşı döyüşmək üçün ələ alınması Rusiyanın son aylar Ermənistana açıq hərbi dəstək verməyə başlamasından sonra mümkün olub. Rusiya bununla Azərbaycana hərbi dəstək verən və onun ordusuna təlim keçən Türkiyəyə cavab mesajı verir. Bir sözə, bu məlumatla elə bir görüntü yaradılmasına cəhd edilir ki, guya Ermənistan Türkiyəyə qarşı nəsə edə bilər. Əslində isə, Ermənistanın hay-küyü, müəyyən siyasi gedişləri milçək vızıltısından başqa bir şey deyil. Olsa-olsa, bu vızıltı ürək bulandırmağa xidmət edə bilər ki, bundan da ancaq Ermənistan ağır fəlakətlərlə üzləşə bilər. Bunun real olduğunu faktlarda sübut edir. Deyək ki, ermənilər uzun illərdir ki, ağlayıb-sıtqamaq, göz yaşları tökməklə dünyanı 1915-ci il “erməni soyqırımı”na inandırmağa çalışsalar da, istəklərinə arzu etdikləri səviyyədə çata bilməyiblər. Çünki dünya xalqları və dövlətləri ermənilərin uydurma iddialarla çıxış etdiklərini anlayırlar. Bir-iki dövlət bu uydurmalara boyun əyir ki, həmin dövlətlər də ermənilərin qara qaşına, qara gözlərinə aşiq olanlar deyil. Sadəcə, Türkiyənin dünyada artan nüfuzundan, hərbi qüdrətindən, siyasi gücündən narahata olduqlarından Ermənistanın “soyqırımı” iddialarına müsbət cavab verirlər.
Ermənilərin “soyqırımı” iddialarını tanıyan dövlətlərin parlamentləri də, şüurlu şəkildə dərk edirlər ki, 1915-ci il hadisələri ermənilərin Türkiyəyə kənar güclərin təsiri ilə irəli sürdükləri hadisələrdir. Əgər belə olmasa idi, həqiqətin gözünün içinə düz baxar və Türkiyə siyasətçilərinin və dövlət rəhbərlərinin "tarixçilərdən ibarət komissiya yaradılsın və arxivlər açılsın" çağırışına razılıq verərdilər. Ən azı Ermənistanın oyuncaq rəhbərlərinə bunu məsləhət verərdilər. Buna cəhd etmirlər, çünki erməni başıpozuq dəstə və dəstəyə nəzarət edən xarici güclər arxivlər açılınca ifşa olunacaqlar. Ümumiyyətlə, Ermənistan rəhbərliyində kimin təmsil olunmasından asılı olmayaq, onların müstəqil fikri və siyasəti olmayıb.
Tarix təkrar olunur
Hər zaman Ermənistan rəhbərliyi addımlarını və hərəkətlərini xarici güclərin vasitəsi ilə tənzimləyiblər. Türkiyə isə, regionda sülhün və sabitliyin təmin olunması üçün cəhdlərini hər zaman davam etdirib. Hələ 1999-cu ildə Türkiyənin mərhum prezidenti Süleyman Dəmirəl Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması adlı ideya irəli sürmüşdü. Ancaq erməni başbilənləri ideyanı müsbət dəyərləndirmədilə eyni təşəbbüslə çıxış etdi. Bu ideya ilə Türkiyə Qafqazda sabitliyə nail olmaq və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağın sülh yolu ilə həllinə nail olmaq istəyi dayanırdı.
Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətləri normallaşdırmasını qeyr-şərtsiz sərhədlərin açılması istəyini irəli sürürdü. Hətta Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Türkiyə ilə diplomatik münasibətlərin qurulmasını və sərhədlərin açılmasını istəyirdi. Bu məqsədlə, cəhdlər də göstərirdi. Ancaq Levon Ter-Petrosyan və onun mövqeyini müdafiə edən erməni lobbisi sərhədlərin açılması və normal əlaqələrin qurulması fonunda Dağlıq Qarabağ münaqişəsinin danışıqların müzakirə mövzusu olmaması təklifini irəli sürürdülər. Bu isə, Türkiyə tərəfindən heç cür qəbul edilə bilməzdi. Çünki Türkiyənin mövqeyi ondan ibarət idi ki, Azərbaycan torpaqları işğaldan azad olunmayana qədər Ermənistanla sərhəd açılmayacaq. Ona görə də Türkiyə ilə Ermənistan rəsmiləri arasında açıq və gizli görüşlər nəticəsiz qaldı. Bu gün isə, hər hansı münasibətlərin normallaşdırılmasından söhbət gedə bilməz. Çünki Ermənistana edilən güzəşt limiti artıq bitib. Həm də Ermənistan həyasızlıq mövqeyini daha da genişləndirməklə, Türkiyəyə meydan oxumağa çalışır.
Yuxarıda qeyd edildiyi kimi, Ermənistan 450 terrorçu soydaşını Suriyaya göndərməklə, orada Türkiyə ordusuna qarşı terror aktları törətməyi planlaşdırır. Ancaq onların hansısa birinin Ermənistana qayıdacağı inandırıcı görünmür. İraqda, Suriyada, Liviyada mühüm antiterror əməliyatları həyata keçirməklə, dünyaya gücünü və qüdrətini nümayiş etdirən Türkiyə ordusu asanlıqla Rusiya ordusunun arxasında gizlənən erməni terrorçularını zərərsizləşdirəcək. Təbii ki, bu halda Rusiyada erməni köməkçilərinə yardım edə bilməyəcək. Çünki hazırkı məqamda Avropanın və ABŞ-ın iqtisadi sanksiyaları ilə əzilən Rusiyanın nəfəs borusu rolunu oynayan Türkiyə ilə əlaqələrinin zədələnməsini arzu etməz. Hətta münasubətlərin pozulmasına belə cəhd etməz.
Politoloq Fikrət Sadıqovun sözlərinə görə, Rusiya ilə Türkiyənin bir çox ortaq maraqları və ortaq gündəm mövzuları olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya və Türkiyə yaxınlaşması həqiqətən gerçəkləşən bir amilə çevrilib və münasibətlər sürətlə bərpa olunur: “Bu, özü-özlüyündə regionda müəyyən sabitliyə aparan bir yoldur. Əgər bu iki ölkə arasında gərginlik davam etsəydi, gərginlik daha sərt fazaya keçə bilərdi. Amma bu münasibətlərin yaxınlaşmasının istiqamətləri, doğrudan da çoxşaxəli və müxtəlifdir. Bu iki ölkənin ortaq maraqlarına daxil olan Suriya mövzusu, qaz nəqli mövzusu var. Eyni zamanda, turizm sahəsində də bu iki ölkənin münasibətləri kifayət qədər inkişaf etməkdədir. Bütün bu proseslərlə yanaşı, onu da qeyd etməliyik ki, bu iki ölkənin Dağlıq Qarabağ münaqişəsinin həllində rolu çox böyükdür. Türkiyə bizim müttəfiqimizdir və Rusiya bizim starteji əhəmiyyətə malik qonşumuzdur. Bunların arasındakı gərginlik təbii ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə çox mənfi təsir edə bilər. İndi bu iki ölkənin yaxınlaşması o demək deyil ki, yaxın gələcəkdə Rusiya və Türkiyə birləşərək Dağlıq Qarabağ münaqişəsini həll edəcəklər. Amma hər halda iki ölkənin yaxın olması və bir-birini anlaması Dağlıq Qarabağ məsələsinin həllindən də təsirsiz ötüşə bilməz. Bu iki ölkənin regionda aparıcı rola malik olduğunu inkar edə bilmərik”.
Ermənistan qorxu və təşviş içindədir
Ermənistanın narahatçılığı söz yox ki, Azərbaycan-Türkiyə əlaqələrinin daha da möhkəmlənməsi və iki ölkənin hərbi birləşmələrinin geniş miqyaslı birgə hərbi təlimlər keçirmələridir. 1918-ci ildə erməni-bölşevik hərbi qurumlarını zərəsizləşdirmək üçün Azərbaycana gələn Qafqaz İslam Ordusu keçirdiyi uğurlu hərbi əməliyyatlarla Xalq Cümhuriyyətini qorumağa və erməni – bölşevik dəstələrini məhv etməyə nail oldu. Bu gün də Türkiyə Azərbaycanın yanındadır. Bu gün də Türkiyə erməni terroçu qruplarının Azərbaycanın işğal edilən ərazilərindən çıxarılması üçün mökəm iradə, qətiyyətli addımlar atmaqdadır. Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi təxribaların ardınca, Türkiyə ordusu hərəkətə keçdi və Ermənistan sərhədləri yaxınlığınlığında hərbi təlimlər keçirdi. Bu təlimlər sırasında təyyarələrin sərhəd boyunca hərbi manevrləri Ermənistanı qorxuya və təşvişə saldı. Ancaq susdu. Çünki adi bir yanlışlıq Ermənistana baha başa gələ bilərdi. Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan və rəsmilər “Ermənistana həddini bil. Azərbaycanın yanındayıq. Qafqaz İslam Ordusunun etdiklərini edərik” ismarıcını verdilər. Bununla yanaşı, Türkiyənin müdafiə naziri və yüksək rütbəli zabitləri ölkəmizə rəsmi səfərə gəldilər və iki ölkənin maraqlarına uyğun olan sərt bəyanatlarla çıxış etdilər. Ermənistanın işğal edilən ərazilərini boşaltmayacağı təqdirdə, bunu Türkiyə ordusunun edəcəyini bildirdilər. Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirdi ki, Ermənistan başından böyük işlərə girişib: “Türkiyə haqq və hüququn tərəfindədir. Bəli, biz tərəfik. Qardaşlığın, haqqın, hüququn tərəfiyik. Azərbaycan türkü bizim qardaşımızdır. Biz bir millət, iki dövlətik. Bizim kimin tərəfində olduğumuza heç kimin şübhəsi olmasın. Ermənistan arxasındakı bəzi güclərdən dəstək almaqla öz gücündən çox üstün olan işlərə girişir”.
Azərbaycan ordusunun Xankəndinə daxil olması an məsələsidir
Eyni zamanda, iki ölkənin hərbi birləşmələri avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə, iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində hərbi təlimlər keçirdilər. Bu təlimlərdən qorxuya düşən küçə demokratı Nikol Paşinyan Beynəlxalq təşkilatlara və ATƏT-in Minsk Qurupunun həmsədri olan ölkələrə kömək üçün müraciət etdi. Ermənistanın müdafiə naziri David Tonoyan Rusiyanın Yerevandakı səfiri Sergey Koprıkin, Ermənistan silahlı qüvvələri baş qərargahının rəisi general-leytenant Onik Qasparyan isə ABŞ-ın Yerevandakı səfiri Linn Treysi və səfirliyin hərbi attaşesi, polkovnik Skott Maksvellə ayrı-ayrılıqda görüş keçirdilər. Görüşlərdə Ermənistanın qorxaq generalları və siyasətçiləri Türkiyə-Azərbaycan birliyindən narahatlıqlarını dilə gətirib, yardım istəmişlər. Uzun danışıqlardan sonra Ermənistan rəhbərliyini Azərbaycan-Türkiyə birliyinin Ermənistanın məhv edilməsinə yönəlmədiyinə inandırdılar. Məhz bu kimi kəskin fikirlərdən sonra Ermənistanın hakim zümrəsi sakitlik tapdı. Ancaq əminliklə demək olar ki, Ermənistandakı sakitlik nisbidir. Hər an Azərbaycan-Türkiyə hərbi birləşmələri Yeravana daxil olub, işğalçı ölkənin dövlət müstəqiliyinə son qoya, Xakəndini işğaldan azad etməklə Azərbaycanın ərazi bütövlüyünü bərpa edə bilər. Nəzərə almaq lazımdır ki, Türkiyə prezidenti R.T.Ərdoğan “Ermənilər Dağlıq Qarabağı boşaltsınlar, biz gəlsək onların qaçmağa yerləri olmayacaq” deyə bildirmişdir. Azərbaycan Prezidenti İlham Əliyev isə çıxışlarının birində bu ərazilərdə ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini və Azərbaycanın işğal altındakı torpaqlarını azad edərək qaçıqın və köçkünlərin öz yurd–yuvalarına qayıtmalarının təmin ediləcəyini söyləyib. Bütün bu inamlı bəyanatlar əminlik yaradır ki, işğal altındakı torpaqlarımızın geri qaytarılması zaman məsələsidir. Hər an Azərbaycan ordusu Xankəndinə daxil olub, ölkənin pozulmuş suverenliyini bərpa edə bilər. 2016-cı il aprel zəfəri və generalların “Turan ordusunun Xankəndini almağa 2 saatı, İrəvanı azad etməyə isə 5 saatı kifayət edər” fikirləri də möhkəmləndirir.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB