İnsanlarımızı pandemiyadan ancaq məsuliyyət, qarşılıqlı anlayış xilas edəcək - ŞƏRH
Prezident İlham Əliyev: "Bəlkə də dünyada öz vətəndaşına bu qədər qayğı və diqqət göstərən ikinci ölkə yoxdur"
Dövlət başçısı İlham Əliyev çıxışlarında dəfələrlə deyib: "Bəlkə də dünyada öz vətəndaşına bu qədər qayğı və diqqət göstərən ikinci ölkə yoxdur". Ölkə başçısının bu mövqeyi Azərbaycan dövlətinin sosial siyasətinin fəlsəfəsi, iqtisadi inkişafın nəticələrinin əhalinin rifah halının yüksəldilməsinə yönəldilən real sübutudur, bu prinsip hər gün daha geniş şəkildə davam etdirilir. Xüsusən, son aylar Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Məqsəd dövlətin öz vətəndaşının sağlamlığını hər şeydən üstün tutmaqdır.
Xüsusilə son həftələr ölkədə karantin müddətinin yumuşaldılmasına baxmayaraq, insanlarımız karantin rejiminin qaydalarına əməl etməlidir. Çünki insanlarımızı pandemiyadan ancaq məsuliyyət, qarşılıqlı anlayış xilas edə biləcək. Pandemiya başlayandan indiyə qədər məhz düşünülmüş siyasət nəticəsində Azərbaycanda vəziyyəti nəzarət altında saxlamaq mümkün olub. Elə karantin müddətinin uzadılması da dövlətin öz vətəndaşlarına daha diqqətli olmasının realllığıdır. Buna isə "Biz birlikdə güclüyük!" devizi ilə düşünülmüş halda əməl etməliyik.
Çünki bu gün bütün çətin məqamlarda dövlət başçıs hər an öz xalqının yanında olduğunu göstərməkdədir. Təbii ki, cəmiyyət Prezidentin bu qayğısını görür, anlayır və başa düşür. Məhz buna görə son günlərdə dövlət başçısına gələn təşəkkür məktublarının sayı-hesabı yoxdur. Azərbaycan Prezidentin saytında oxuya biləcəyimiz məktublarda insanlar böyük səmimiyyətlə və ürəkdən gələn sözlərlə dövlətin həqiqətən xalqla birlikdə olduğunu deyir. "Biz birlikdə güclüyük" şüarının sadəcə bir söz olmadığını ifadə edirlər. Ölkə rəhbəri çıxışlarında da dəfələrlə vurğulayıb ki, neft gəlirlərimiz azalıb, ancaq insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür: "Bütün Azərbaycan vətəndaşlarına bir daha çağırış edib demək istəyirəm: Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! Biz birlikdə güclüyük!"
Artıq bütün dünya ölkəmizin nümunəsini öyrənməyə çalışır
Göründüyü kimi, diqqətdən qaçmamalıdır ki, Azərbaycan dünyanı vahiməyə salmış pandemiyaya qarşı savaşı demək olar ki, öz vəsaiti hesabına aparır. Azərbaycan yeni bir nümunə yaradır və artıq bütün dünya ölkəmizin nümunəsini öyrənməyə çalışır. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən tədbirlər, aparılan mübarizə Azərbaycanın bu sınaqdan da daha az itki ilə çıxacağına əminlik yaradır. Ümumiyyətlə, həmişə olduğu kimi, bu pandemiya dövründə Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Əslində, ölkə Prezidenti İlham Əliyev prezidentdik fəaliyyətinin son 17 ili ərzində bu siyasətini davam etdirib və hazırkı məqamda da həmin siyasət daha aşkar görünməkdədir. Yəni Prezident İlham Əliyev deyərkən, xalq yalnız dövlət başçısı deyil, həm də bir qayğıkeş şəxsiyyət, böyüklük rəmzi, ağsaqqala, ağbirçəyə sonsuz hörmət bəsləyən Vətən övladı görür. Və həmişə də bu qayğı görünməkdədir. Prezident xalqın təhlükəsizliyinin və sağlamlığının təmin edilməsi üçün qlobal pandemiyanın dünya ölkələrində yaratdığı fəsadları izləyir, düzgün təhlil edir, təhlükələrin qarşısını almaq üçün vaxtında və rasional qərarlar verir, nəzarətin gücləndirilməsi şəraitində yüksək çevikliyə malik operativ qərargahın fəaliyyətini təmin edir. Elə bu səbəbdəndir ki, dünya ölkələrində, xüsusilə də Avropada və ABŞ-da yaşanan ajiotaj, kilometrlərlə ərzaq növbələri, qida çatışmazlığı ucbatından mağazalara kütləvi hücumlar, silah alışı və s. panikadan doğan addımlar Azərbaycanda yaşanmadı, yaşanmır.
Bir sözlə, dövlət başçısının koronavirusla bağlı ardıcıl addımların atılmasında məqsəd Azərbaycan xalqının sağlamlığı olduğunu bildirib: "Bizim bu sahədə görülən işlərə ən gözəl qiyməti Azərbaycan xalqı verir. Bir daha demək istəyirəm ki, mən minlərlə elektron məktub alıram. Bu məktublarda görülən işlərə görə minnətdarlıq ifadə olunur. Ümumdünya Səhiyyə Təşkilatı bizim gördüyümüz işlərə yüksək qiymət verərək Azərbaycanı koronavirusla mübarizə sahəsində nümunəvi ölkə adlandırıbdır. Bütün bunlar deməyə əsas verir ki, biz bu bəlanı da dəf edəcəyik, bu mübarizədə qalib gələcəyik".
Budur, dövlətin, dövlət başçısının xalqına qaycısı, diqqəti. Bəli, bütün bunları xalqımız görür və öz Prezidentinin yanındadır və dövlətin həqiqətən xalqla birlikdə olduğunu deyir. Əslində hər zaman Prezident İlham Əliyevin bütün düşüncələri, qərarları və addımları vətəndaşın rifahına yönəlmişdi.
Ölkədə koronavirusa yoluxma sabitləşib, əvvəlki mənfi tendensiya yoxdur
Son günlər qeydə alınan müsbət dəyişikliklər atılan addımların düzgün olduğunu göstərir. Nəzərə alsaq ki, artıq yoluxma ilə sağalma arasında müsbət mənada fərq var, deməli, tətbiq olunan tədbirlərin özünü göstərməsi şübhəsizdir. Ötən iki həftə ərzində sərtləşdirilmiş karantin rejimi səmərəli nəticəsini verdiyindən bu dinamikanın saxlanılması əsas şərtdir. Sərt karantin rejiminin yenidən uzadılması da məhz pandemiyanın təsirinin daha da zəiflədilməsinə hesablanıb.
Müsbət tendensiyanin yaranmasının əsas səbəbi əhalinin böyük qisminin qaydalara riayət etməsidir. Polislərin gücləndirilmiş iş rejiminə keçməsi, qapalı və ictimai məkanlarda polis nəzarətinin gücləndirilməsi və vətəndaş məsuliyyəti pandemiyanın təsirlərinin azaldılmasına öz töhfəsini verir. Sevindirici haldır ki, əvvəlki dövrdən fərqli olaraq indi əhalinin böyük əksəriyyəti maskadan, dezinfeksiyaedici məhlullardan daha çox istifadə edir.
Amma təəssüf ki, hələ də maskadan düzgün istifadə etməyənlər var. Bəzən taxılan maskanı burundan aşağıda saxlayırlar. Bəli, hava istidir, nəfəs almaq çətindir, amma nəzərə almaq lazımdır ki, maska burundan aşağıda saxlanılırsa, onda onu taxmağın heç bir əhəmiyyəti qalmır. Maskanı çənəyə endirmək və ona tez-tez əl vurmaq da problem yaradan haldır. Çünki maskaya tez-tez əl vurub toxunanda çöl hissədə virus varsa, yayılır. Ona görə də özümüzün və ətrafdakıların sağlamlığı naminə maskadan düzgün istifadə etmək, sosial məsafə saxlamaq vacibdir. Hazırda dünyanı bürüyən koronavirusa qarşı bundan effektli qoruyucu üsul yoxdur. Odur ki, pandemiyaya qarşı effektiv mübarizə aparmalı, xalq olaraq birlikdə addımlamalıyıq. Bu dövrü səbirlə, təmkinlə keçirməli, qayda və qanunlara mütləq riayət etməli, maska taxıb, sosial məsafəni gözləməliyik. Nə qədər səbirli olub bu dövrü təmkinlə başa vursaq, karantin şəraitindən də bir o qədər tez çıxarıq. Çünki Azərbaycan kimi sabit, enerji daşıyıcıları və əmək qüvvəsi ucuz olan, habelə infrastrukturu inkişaf edən ölkənin yaranmış vəziyyətdən istifadə edərək dəyər zəncirlərində iştirak payını artırmaq imkanları var. Azərbaycan da həmin imkandan istifadə edib qlobal şokun təsirini azaltmaq və daha az itki verməklə bu dövrü geridə qoymağa çalışır.
Sonda Prezident İlham Əliyevin dediyi fikiri vurğulamaq istərdim: "Biz şüurlu şəkildə məhdudlaşdırıcı tədbirləri gördük və deyə bilərəm, dünyada ilk ölkələrdən idik ki, bütün lazımi məhdudlaşdırıcı tədbirləri gördük, məktəbləri, ali məktəbləri, ictimai iaşə obyektlərini, böyük ticarət mərkəzlərini bağladıq ki, kütləvi yoluxmanın qarşısı alınsın. Ona görə hesab edirəm ki, biz düzgün addım atmışıq. Çünki bir daha demək istəyirəm, - mən bunu demişəm, - mənim üçün insanların sağlamlığı əsas prioritetdir".
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB