Vəlvələçayın yatağındakı araşdırmanın nəticələri qiymətləndirilir AÇIQLAMA

Vəlvələçayın yatağındakı araşdırmanın nəticələri qiymətləndirilir AÇIQLAMA

Quba rayonunda yerləşən bütün karxanaların, eyni zamanda Vəlvələçayın yatağındakı qum-çınqıl karxanasının fəaliyyəti ilə bağlı artıq bir neçə vaxtdır Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən araşdırma və monitorinqlər aparılır. SİA xəbər verir ki, bu barədə ETSN-nin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə heyətinin sədri Samir Qurbanov bildirib.

Onun sözlərinə görə, dünən sosial şəbəkədə yayılan Vəlvələçayın yatağındakı qum-çınqıl karxanasında aparılan araşdırmanın nəticələri mütəxəssislər tərəfindən qiymətləndirilir və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Qubada Vəlvələçayın faktiki olaraq qurudulması ilə bağlı görüntülər paylaşılmışdı. Bildirilirdi ki, daş karxanaları çayın yatağını, demək olar ki, məhv edib. Həmçinin, çayın qarşısı kəsilib və süni göl yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə