Ötən gün sosial şəbəkələrdə Yasamal rayonu, Akim Abbasov kuçəsi 3 ünvanındakı binanın yaxınlığında ağacların dibinə naməlum şəxslər tərəfindən beton tökülməsi ilə bağlı məlumat yayılmışdı. Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Mətbuat Xidmətindən SİA-ya bildirilib ki, BŞİH-in müvafiq qurumları tərəfindən dərhal əraziyə baxış keçirilib, acağların dibi betondan təmizlənib, ağaclara su verilib və ərazi nəzarətə götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB