Azərbaycanda talassemiya xəstələrinin sayı məlum olub

Azərbaycanda talassemiya xəstələrinin sayı məlum olub

2019-cu ildə Azərbaycanda müalicə-profilaktika müəssisələrində 4007 nəfər talassemiya xəstəsi qeydiyyatda olub. Bu barədə SİA-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.

Onların 2 min 48 nəfəri 17 yaşınadək olanlardır.

Bildirilib ki, ötən il 402 nəfərə ilk dəfə talassemiya diaqnozu qoyulub. Onlardan 209 nəfəri 17 yaşına qədər olanlardır.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə