Yaşar Əliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi - SƏRƏNCAM
Prezident İlham Əliyev Y.Ə.Əliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. SİA-nın məlumatına görə, Sərəncamla Azərbaycan Respublikasında milli dövlət quruculuğu işində xüsusi xidmətlərinə görə Yaşar Ədilxan oğlu Əliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilir.
Yaşar Ədilxan oğlu Əliyev 8 sentyabr 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1981-ci ildə Daxili İşlər Nazirliyinin Ali Siyasi Məktəbini bitirmişdir.
1981-ci ildə SSR daxili qoşun hissələrində, Tbilisi şəhərində yerləşən 69-cu diviziyada, daha sonra Bakı şəhərin DİO-da müxtəlif məsul vəzifələrdə işləmişdir.
2011-ci ilin may ayınadək Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini vəzifəsində çalışmışdır.
2011-ci ildən 2020-ci ilə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi işləyib.
15 May 2020-ci ildə Prezident Aparatının Hərbi məsələlər şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib, həqiqi hərbi xidmətə çağırılaraq rütbəsi general-leytenanta qaldırılıb.
1995-ci ildə “İgidliyə görə” medalı ilə təltif edilmişdir.
Ailəlidir, bir övladı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB