GİKM nümayəndəliklərində çalışmaq istəyən gənclər, - #işvar!

GİKM nümayəndəliklərində çalışmaq istəyən gənclər, - #işvar!

Gənclərin İnkişaf və Karyera Mərkəzi regionlarda yaşayan ictimai fəal gənclər üçün yeni vakansiyalar elan edir! SİA-nın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 1 oktyabr 2019-cu il tarixli 1454 nömrəli, Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamı ilə ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclər Fondunun tabeliyində “Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi tapşırılıb.

Bununla əlaqədar Ağdaş, Ağsu, Ağstafa, Astara, Beyləqan, Daşkəsən, Füzuli, Gədəbəy, Hacıqabul, İmişli, Kürdəmir, Lerik, Mingəçevir, Naftalan, Neftçala, Qobustan, Səlyan, Siyəzən, Şirvan, Tovuz, Ucar, Xızı, Yardımlı və Zərdab rayonlarında Gənclərin İnkişaf və Karyera Mərkəzlərinə direktor, könüllülər üzrə mütəxəssis, tədbirlər və layihələr üzrə mütəxəssis və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifələrinə vakansiyalar elan edilir.

Gənclərin İnkişaf və Karyera Mərkəzi qeyd edilən rayonlarda yaşayan, istedadlı, ictimai və sosial sahələrdə fəal, ali təhsilli və qeyd olunan vəzifə tələblərinə uyğun gələn gəncləri (29 yaşadək olan) müraciət etməyə dəvət edir. Müraciət etmək istəyən şəxslər Gənclər Fondunun rəsmi internet saytı (www.youthfoundation.az/vakansiyalar) və GencApp mobil tətbiqi vasitəsilə 15 oktyabr 2020-ci il tarixinə qədər onlayn qeydiyyatdan keçə bilərlər.

QEYD: Müraciət edən namizədlərin nəzərinə:

İşə qəbul olunduqları halda, müraciət etdiyi region üzrə GİKM tam ştat işçisi olaraq qeydə alınacaqlar, başqa sözlə, hazırda işlədikləri iş yerini tərk etməli olacaqlar.

Həmçinin, qeyd olunan vakasiyaları tutacaq gənclər daimi olaraq adları çəkilən şəhər və rayonlarda yaşamalıdırlar.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə