Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərəfdaşlığı ilə "Şəfəq" Ekoturizm ictimai birliyi tərəfindən icra edilən “COVİD-19 pandemiyasından zərər çəkmiş aztəminatlı ailələr və iş yerlərini itirmiş vətəndaşlar arasında aqroturizmin təşviqi” layihəsi həyata keçirilir. SİA-nın məlumatına görə, layihə çərçivəsində Lənkəran, Astara, Lerik rayonlarında COVİD-19 pandemiyasından zərər çəkmiş ümumilikdə 6 ailə ilə aqroturizmin inkişaf etdirilməsi və bu istiqamətdə əlavə gəlirlərin əldə edilməsi ilə bağlı hər bir ailə ilə gigiyenik və epidemioloji qaydalara əməl etməklə fərdi şəkildə məsləhət xidməti təşkil edilib.
Layihə rəhbəri Vamiq Babayev tərəfindən layihə və onun məqsədləri, layihənin maliyyə mənbəyi və aqroturizmin faydaları ilə bağlı qısa məlumatlar diqqətə çatdırıb. Layihə eksperti Rafət Şirəliyev aqroturizm barədə müəyyən edilmiş ailələrə fərdi qaydada ətraflı məlumatlar verməklə yanaşı, dünya təcrübəsini misal gətirib və bu istiqamətdə sahibkarlıq mövzusunda məsləhət və tövsiyyələrini verib, müzakirələr aparıb. Aqroturizmin geniş yayılması üçün ailələrdən 5 nəfər arıçılıq təsərrüfatının, 1 ailə isə kənd yerlərində istirahətə gələn turistlər üçün toxuma suvenir məhsullarının istehsalına maraq göstərdiklərini bir daha bildiriblər. Bu ailələr yuxarıda adları qeyd olunan rayonların aqroturizm üçün geniş imkanlara malik olan kəndlərindən onların müraciətləri əsasında əvvəlcədən müəyyən edilib. Növbəti mərhələdə layihə tərəfindən aqroturizmin stimullaşdırılması məqsədi ilə həmin ailələrə onların tələb və istəklərinə uyğun müxtəlif kənd təsərrüfatı resursları və toxuculuq lavazimatları təqdim ediləcəkdir.
Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd COVİD-19 pandemiyasından zərər çəkmiş aztəminatlı ailələr və iş yerlərini itirmiş vətəndaşlar arasında aqroturizm sahəsində maarifləndirmə işi aparmaq və stimullaşdırıcı tədbirlər həyata keçirərək bu istiqamətdə məşğulluğun artırılmasına dəstək olmaqdan ibarətdir.
Sərraf Talıbov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB