Musa Qasımlı Sumqayıt gənclərilə görüşərək onların problemlərini dinləyib
"Sumqayıt Gənclərinin Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək Şəbəkəsi" İctimai Birliyinin təşkilatçılığı ilə 42 saylı Sumqayıt II seçki dairəsindən millət vəkili seçilmiş Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, professor Musa Qasımlı ilə gənclərin görüşü keçirildi. İctimai Birliyin rəhbəri Ramil Zeynallının SİA-ya verdiyi xəbərə görə, "Deputat-vətəndaş əməkdaşlığı" mövzusunda keçirilən tədbirdə Sumqayıt Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov, aparıcı və fəallığı ilə seçilən gənclər təşkilatlarının nümayəndələri iştirak edib. İlk olaraq görüşdə Qarabağın qala qapısı Şuşanın işğalından 19 il ötdüyü vurğulanıb və vətən uğrunda canlarını fəda edən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən söz açan R.Zeynallı əsas məqsədlərinin vətəndaş cəmiyyəti quruculuğunda icmaların fəallığının artırılmasına, gənclərin vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirakına yardım göstərməkdən ibarət olduğunu bildirib. O, bu sahədə gənclər təşkilatlarının birgə fəaliyyətini zəruriliyini önə çəkən birlik rəhbəri artıq müəyyən irəliləyişlər olduğunu qeyd edib və yeni fəaliyyətə başlamalarına baxmayaraq artıq Sumqayıtda bir sıra tədbirlərin həyata keçirdiklərini deyib. Hazırda deputat-vətəndaş əməkdaşlığı sahəsində Azərbaycanda real vəziyyətin qənaətbəxş olmadığını deyən R.Zeynallı bu halın aradan qaldırılması istiqamətində bir sıra kompleks tədbirlərin həyata keçirilməsini zəruri olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, bu cür tədbirlər sırasında vətəndaşların parlament və deputatların fəaliyyəti barədə məlumatlandırılması, deputat-vətəndaş əməkdaşlığının gücləndirilməsi istiqamətində sistemli işlərin aparılması xüsusi yer tutduğunu sözlərinə əlavə edib: "Parlamentin fəaliyyətində şəffaflığın təmin olunması vətəndaşlarla millət vəkilləri arasında davamlı əməkdaşlıqdan xeyli dərəcədə asılıdır. Təcrübə göstərir ki, bu əməkdaşlıq qarşılıqlı inamın və etimadın gücləndirilməsi, ictimai təşəbbüskarlığın artırılması və vətəndaşların qərarların qəbul edilməsi prosesinə cəlb edilməsində mühüm yerlərdən birini tutur. Məhz bu səbəbdən də bizim təşkilat bu qəbildən silsilə tədbirlərin keçirilməsini planlayıb".
Sonra söz millət vəkili Musa Qasımlıya verilib. Deputat fəaliyyətindən danışan M. Qasımlı indiyədək ona 74 məktubun ünvanlandığını bildirib. O, ünvanlanan məktublarla bağlı şəxsən məşğul olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb. Sumqayıtda mövcud olan problemlərinin həllinin daim diqqət mərkəzində saxladığını deyən millət vəkili ötən müddət ərzində seçicilərlə 5 görüş keçirdiyini söyləyib. Onun sözlərinə görə, ötən müddət ərzində 20 nəfərin işlə təmin olunmasına, qeydiyyat məsələləri və şəxsiyyət vəsiqələrini alınması ilə bağlı bir sıra problemlərin həllinə və 1 nəfərin müalicəsinin təşkilinə kömək edib. Bu tipli görüşlərin keçirilməsini yüksək qiymətləndirən millət vəkili seçicilərin problemlərinə biganə qalmadığını və bundan sonra da fəaliyyətində əməkdaşlığın qurulmasına xüsusi diqqət ayıracağını vurğulayıb.
Daha sonra millət vəkili görüş iştirakçılarının suallarını cavablandırıb. Deputata əsasən təhsil sistemində mövcud olan çatışmazlıqlar, gənclərin mənzil təminatı, pensiya təminatı, işsizlik, sumqayıtlı tələbələrə müəyyən nəqliyyat güzəştlərinin edilməsi və digər sosial problemləri əhatə edən suallar ünvanlayıb. Sualları cavablandıran M.Qasımlı mövcud olan problemlərin həllinə səlahiyyəti çərçivəsində yardım edəcəyini bildirib.
Sonda Sumqayıt Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov görüşün təşkilatçıların öz minətdarlığını bildirib və belə təşəbbüsləri yüksək qiymətləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB