Məcburi köçkün uşaqlar üçün “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi

Məcburi köçkün uşaqlar üçün “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi

4 sentyabr 2020-ci il tarixdə AFFA-nın və Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İctiması İctimai Birliyinin birgə təşkilatçılığı ilə Sabunçu rayonununun Pirşağı qəsəbəsində Xankəndi, Xocalı, Laçın və Şuşa rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı ərazidə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, bu layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.

Bu layihə çərçivəsində keçirilən tədbirdə Xankəndi, Xocalı, Laçın və Şuşa rayonundan olan 50 məktəbli uşaq iştirak edib. Tədbirdə iştirak edən uşaqlara futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilib.

Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, 122 saylı Xankəndi Seçki Dairəsindən Milli Məclisə seçilmiş deputat, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev iştirak edib. Bu layihə üzrə tədbirlərin digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə