“Koronavirusla mübarizədə müsbət dinamika düşünülmüş dövlət siyasətinin məntiqi nəticəsidir” - MÖVQE
Bu gün dünyanın əsas bəlası, eyni zamanda mövzusu olan koronavirus pandemiyası həm də yeni təcrübələr yaratdı. Müharibələr, çətin vəziyyətlər adamları da, dövlətləri də tanımağa imkan verir. Belə vəziyyətlərdə ilk şərtlərdən biri panikaya məğlub olmamaq, bəlanın miqyasını real qiymətləndirmək, çevik idarəetmə ilə operativ və düzgün qərarlar qabul etməkdir. Soyuqqanlı və təcrübəli olmaq həmişə işə yarayır.
Elə dövlət başçısının çevik və düşünülmüş addımlarının nəticəsidir ki, bu gün Azərbaycan bu bəladan da uğurla qurtulmaqdadır. Yaranmış mövcud durumda Azərbaycan dövləti bütün çətinliklərin öhdəsindən gələ bilir, müvafiq, adekvat addımlar atılır. Ən mühüm olan budur və təkcə xalqımız yox, həm də dünya dövlətləri də faktiki olaraq ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi böyük islahatların faydalı nəticələrini görür. "Caspian Group Holdings"in baş direktoru, amerikalı ekspert Rob Sobhani deyib ki, Azərbaycan bir çox ölkələr üçün koronavirusla mübarizənin ən effektiv yollarını axtaran uğurlu modeldir. Göründüyü kimi, xalqımız öz lideri ilə qürur və fəxr etməyə böyük haqqı var.
Xüsusilə son həftələr ölkədə karantin müddətinin uzadılmasına ehtiyacın olması da, məhz dövlətin öz vətəndaşının sağlamlığını hər şeydən üstün tutmasının reallığının təsdiq edən amildir. Pandemiya başlayandan indiyə qədər məhz düşünülmüş siyasət nəticəsində Azərbaycanda vəziyyəti nəzarət altında saxlamaq mümkün olub. Elə karantin müddətinin uzadılması da dövlətin öz vətəndaşlarına daha diqqətli olmasının reallığıdır. Avqustun 31-də Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalın açılışında tibb müəssisəsinin kollektivi ilə videoformatda görüşü zamanı dövlət başçısı karantin pandemiyası dövründə vəziyyətə uyğun şəkildə həyata keçirilən işlərdən danışaraq bildirdi ki, qısa müddət ərzində normal həyata qayıdılıb. Prezident İlham Əliyev cənabları pandemiyanın ilk günlərindən insanların sağlamlığı prioritet məsələ olduğunu, bu gün də bütün səylərin bu məsələnin həllinə istiqamətləndirildiyini hamıdan da bu sahədə daha məsuliyyətli olmağı tələb edib və bu gün də tələb edir. Dövlət başçısı dəfələrlə bildirib ki, Azərbaycanda vəziyyətə uyğun şəkildə atılan addımların nəticəsində öz səmərəsini verməsinə arxayınlaşmaq olmaz, vətəndaşlarımız məsuliyyətli olmağı unutmamalıdırlar.
Göründüyü kimi, məhz bunun nəticəsidir ki, karantin rejimi öz səmərəsini verir və bunun nəticəsində artıq bir çox şəhərlərdə bütün karantin məhdudiyyəti aradan qaldırılıb. Bu dövlət başçımızın dediyi kimi, ancaq və ancaq hər addımlarımızı ehtiyatlı atmalı, məsuliyyətli olmalıyıq.
“Qanun hər kəs üçün qanundur, heç kim qanundan üstün ola bilməz”
Dövlət başçısı 17 illik prezidentlik müddətində hər bir kəsdən öz işində ancaq məsuliyyətli olmağı tələb edib. Prezident İlham Əliyev keçirilən görüşdə də bir daha bu məsələyə toxunaraq bildirdi ki, əfsuslar olsun ki, bu gün hələ də vəziyyəti dərk etməyənlər, məsuliyyətini itirmiş insanlar mövcuddur və qaydaların kobudcasına pozulması halları vardır və heç bir ayrı-seçkiliyə yol verilmədən belələrinə qarşı cəza tədbirləri də mütləq olmalıdır və tətbiq edilir. Çünki Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi əsas prinsiplərdən biridir və ictimai vəziyyətinə, ictimai statusuna baxmayaraq, hamı qanun qarşısında bərabərdir. Dövlət başçısı vidiofarmatda keçirilən görüşdə də bildirdi ki, qanun hər kəs üçın qanundur: “Hesab edirəm, Azərbaycan vətəndaşları yaxşı görürlər ki, qanun hər kəs üçün qanundur. Heç kim qanundan üstün ola bilməz, heç kimdə heç bir imtiyaz ola bilməz və heç kimə heç bir güzəşt edilmir və edilməyəcək”.
Düşünülmüş siyasət, uğurlu nəticələr…
Görülən işlər bunun təsdiqidir. Prezident İlham Əliyev avqustun 31-də Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalın açılışında tibb müəssisəsinin kollektivi ilə videoformatda görüşü zamanı dövlət başçısı karantin pandemiyası dövründə vəziyyətə uyğun şəkildə həyata keçirilən işlərdən danışaraq bildirdi ki, ölkəmiz qısa müddət ərzində normal həyata qayıdıb. Prezident pandemiyanın ilk günlərindən insanların sağlamlığının prioritet məsələ olduğunu, bu gün də bütün səylərin bu məsələnin həllinə istiqamətləndirildiyini, hamıdan da bu sahədə daha məsuliyyətli olmağı tələb edib. Nəticə göz qabağındadır. Görülən bütün işlər öz səmərəsini verir. Prezident İlham Əliiyev çıxışı zamanı bildirdi ki, son həftələr ərzində COVID ilə mübarizədə vəziyyət daha müsbətdir və bu müsbət dinamikanı görürük və ümid edirəm ki, bu dinamika bundan sonra da qorunub saxlanılacaq. Dövlət başçısının tapşırığına uyğun olaraq son 17 ildə 46 xəstəxananın istifadəyə verilməsi, laboratoriyaların sayının 45-ə çatdırılması pandemiya dövründə Azərbaycan vətəndaşlarının müalicəsi istiqamətində çox böyük rol oynadı. Həmin laboratoriyalarda 900 mindən çox testin keçirilməsi, modul tipli xəstəxanaların açılması, adambaşına düşən testlərin sayına görə Azərbaycanın dünya miqyasında qabaqcıl yerlərdən birini tutması və əldə edilmiş digər uğurlar Prezident İlham Əliyevin 6 ay ərzində COVID-19-la mübarizədə atdığı addımların məntiqi nəticəsidir. Bu, həm də Azərbaycan dövlətinin dünyada pandemiyanın problemlərini tezliklə aradan qaldırmağa verdiyi dəstəyin ifadəsidir. Həmçinin, hesab edirəm ki, Azərbaycanda pandemiya dövrünün çağırışları fonunda qısa müddətdə tibbi maska fabrikinin yaradılması və istehsala başlaması, məhsullarını xalqa çatdırması da koronavirusla mübarizə dövrünün yaddaqalan hadisəsidir. Dünyanın qoruyucu maska qıtlığı çəkdiyi bir şəraitdə maska istehsalının təcili təşkil edilməsi respublikamızda çevik iqtisadi mühitin formalaşdığının əyani göstəricisidir. Ən əsası isə bu, koronavirusla mübarizədə Azərbaycan dövlətinin öz vətəndaşlarının sağlamlığına göstərdiyi həssas münasibətin və real qayğının əməli ifadəsidir. Hesab edirəm ki, tibb sahəsində, hərbidə, mülki müdafiə sistemində, akademik laboratoriya mühitində daim ehtiyac hiss olunan maska istehsalı pandemiya dövründən sonra da davam etdiriləcək, yerli tələbatın ödənilməsinə xidmət göstərəcəkdir. Beləliklə, pandemiya dövründə Azərbaycanda yeni bir istehsal müəssisəsinin də əsası qoyulmuşdur.
Son günlərin hadisələri və qərarları aydın surətdə göstərir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizi postpandemiya dövrünə hazırlaşmaq istiqamətində də vaxtında və məqsədyönlü iş aparmaqdadır. Heç şübhəsiz, postpandemiya dövrünün reallıqları və çağırışları qarşıdakı illərin yeni tipli iqtisadi münasibətlərini də diktə edəcəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin karantin rejiminin mərhələli şəkildə yumşaldılması haqqındakı qərarı əhalinin qarşıdakı yeni iqtisadi və mənəvi mühitə adaptasiya olunması baxımından əhəmiyyətli olduğu qədər ən müasir çağırışlara istiqamətləndirilməsi cəhətdən də faydalıdır.
Hesab edirik ki, çətin və məsuliyyətli pandemiya dövründə respublikamızda xalqın demək olar ki, bütün təbəqələri arasında yaranmış birlik və həmrəylik Prezident İlham Əliyevin ardıcıl dövlət siyasətinin əsasında qazandığı uğurların möhtəşəm yekunudur.
Koronavirusla mübarizənin davam etdirilməsi və başa çatdırılması üçün karantin vaxtının uzadılması da ölkəmizdə bu ağrılı prosesdən minimum itkilərlə çıxmaq üçün vaxtında qəbul edilmiş növbəti düzgün qərardır. Həmçinin artırılmış karantin dövrü həm də postpandemiya mərhələsinə hazırlıq üçün də əlavə imkanlar yaratmağa xidmət edəcəkdir. İnanırıq ki, Azərbaycan Prezidentinin rəhbərliyi altında koronavirusla mübarizə dövründə olduğu kimi, postpandemiya mərhələsində də taleyüklü, məsuliyyətli vəzifələr uğurla həyata keçiriləcək, xalqımız daha xoşbəxt sabahlara qovuşacaqdır.
İSA HƏBİBBƏYLİ,
AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB