Xeyirxah və qayğıkeş el adamı – Osman Qasımov

Xeyirxah və qayğıkeş el adamı – Osman Qasımov

Hər bir bəşər övladının həyat tarixçəsi nəinki, onu tanıyanların, eləcə də, cəmiyyət üçün maraqlı olur. O mənada ki, insan yaşadığı həyatda yardım və xeyirxah əməlləri ilə tanınmayıbsa deməli ömürünü boş yerə keçirib. Çünki, insan Allahın ona bəxş etdiyi ömrü doğru-düzgün yaşamalı, xeyirxah, elinə-obasına, dövlətinə bağlı, ədalətli mövqeyi və fəaliyyəti ilə seçilməlidir.

Etiraf olunmalıdır ki, bu cür insanı keyfiyyətlərə və dəyərlərə ucalmaq çətindir. Amma belə qiymətli, xeyirxah insanlar var və nə yaxşı ki, yaşadığımız cəmiyyətimizdə onların sayları kifayət qədər çoxdur. Belələrindən biri də, tanınmış ictimai xadim, sədaqətli dövlət adamı Binəqədi rayon icra hakimiyyətinin Biləcəri qəsəbə nümayəndəliyinin baş məsləhətçi-mühəndisi Osman Qasımovdur. 62 illik ömürünü yaşayan Osman müəllimin keçdiyi ömür yoluna nəzər yetirmək kifayətdir ki, onun necə yüksək mənəviyyatlı, vətənpərvər, xeyirxah, həm də Prezidentimizə sədaqətliyi, xalqımıza və dövlətimizə bağlılığı ilə seçilən insan olduğunu görmək olar. Osman Qasımov prinsipiallığı və əzmkarlığı, təşkilatçılıq və idarəçilik keyfiyyətləri sayəsində onlarla gənc cəmiyyətimizdə layiqli yer tutmuş və ölkənin ictimai həyatında, müxtəlif idarəetmə sahələrində fəal iştirak etməkdədirlər.

Bu gün Biləcəri qəsəbəsində kimə yaxınlaşsan, kiminlə həmsöhbət olsan Osman Qasımovdan razılıqlarını ifadə edər, onun sadə, təvüzükar insan olduğunu söyləyər. Osman müəllimin müsbət keyfiyyətlərə malik olması onu nəinki, Biləcəri qəsəbə sakinlərinin, eləcədə onun fəaliyyətinə hər zaman yüksək qiytmət verən rayon icra hakimiyyəti rəhbərliyinin, həmçinin iş yoldaşlarının sevilmisinə çevirib. İş yoldaşları əqidə bütövlüyü, məslək saglığı, mənəviyyat təmizliyi ilə seçilən və tanınan Osman Qasımovu kamillik və müdriklik zirvəsinə yüksəlməsi münasibəti ilə təbrik edir, ona uzun ömür, sağlam və təhlükəsiz ömür arzulayırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə