"Ermənistanın bu addımları qətiyyən yolverilməzdir" ÖZƏL-MÜNASİBƏT

"Ermənistanın bu addımları qətiyyən yolverilməzdir" ÖZƏL-MÜNASİBƏT

“Ermənistanın işğal etdiyi ərazilərimizdəki su ehtiyatlarından cəbhə xəttinə yaxın bölgələrdə yaşayan azərbaycanlı əhaliyə qarşı ekoloji terror vasitəsi kimi istifadə edilməsi bu dövlətin ölkəmizə qarşı növbəti təxribatı hesab edilə bilər. Ermənistan bütün müharibə qanunlarını kobud şəkildə pozaraq növbəti dəfə mülki əhalini hədəfə alaraq su resurslarını təzyiq vasitəsi kimi istifadə edərək çayların aşağı axarlarında məskunlaşmış əhalinin təsərrüfatla məşğul olmasını faktiki mümkünsüz etmişdir”. Bunu SİA-ya Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, Ermənistan dövlətinin işğal etdiyi ərazilərdə bu dağıdıcı addımları beynəlxalq təşkilatlar çərçivəsində ciddi şəkildə qınanmalıdır: “Ekoloji tarazlığa, ətraf mühitin qorunmasına xüsusi diqqət ayrılan indiki dövrdə təcavüzkar ölkənin bu cür addımları qərb dövlətləri tərəfindən ciddi şəkildə pislənməlidir. Təəssüf ki, ətraf mühitin qorunması ilə məşğul olan beynəlxalq təşkilatların ekoloji terror sayılan digər hadisələrə verdiyi sərt təpkini hələ ki, bu məsələ ilə bağlı görmürük. Lakin bu çox ciddi bir məsələdir və bununla bağlı həyəcan təbili çalınmalıdır. Dünyanı bürüyən COVİD-19 fonunda bəşəriyyətin qlobal su ehtiyatlarının tükənməsi problemi ilə mübarizə apardığı bir dövrdə Ermənistanın bu addımları qətiyyən yolverilməzdir və dünya birliyinə qarşı çıxmaq deməkdir, bu məsələ ilə bağlı dünyanın ekoloji təşkilatlarına və beynəlxalq qurumlara geniş müraciətlər hazırlanmalıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə