Bu gün Azərbaycan mediasında öz dəsti-xətti ilə seçilən "Bakı Xəbər" qəzetinin 17 yaşı tamam olur. 2003-cü il sentyabrın 4-də oxucularına ilk buraxılışını təqdim edən "Bakı Xəbər" daim obyektiv və tərəfsizliyini qoruyub saxlamaqla Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri mütəmadi olaraq oxucularına çatdırıb və bu gün də bu müqəddəs missiyanı uğurla yerinə yetirir.
"Bakı Xəbər" qəzeti həmçinin müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları ilə oxucuları hər zaman maarifləndirir.
Qəzet xeyli müddətdir ki, dizaynında, tərtibatında, formatında dəyişikliklər edib və rəngli formatda, vizual baxımdan daha maraqlı, cəlbedici formatda oxucuların görüşünə gəlir. Bakı Xəbər-in kollektivi TV, Bakı-Xəbər media qrupunun rusca variantı ilə də mediamıza yeni töhfə verib.
"SƏS" Media Qrup "Baki-Xəbər" qəzetinin 17 yaşı münasibətilə baş redaktor Aydin Quliyevi və butun kollektivi təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB