Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunan könüllü qanvermə aksiyası keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunan könüllü qanvermə aksiyası keçirilib
Mərkəzi Qan Bankında Qan Donorları Assosiasiyası və "Uşaqların Xoşbəxt Gələcəyi" İctimai Birliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş könüllü qanvermə aksiyası keçirilib. Bu barədə SİA-ya "Qan Donorları Assosiasiyası" İctimai Birliyinin sədri Fuad Əskərov məlumat verib. O bildirib ki, qanvermə aksiyasında bir çox ictimai birliklərin və özəl sektorun nümayəndələri iştirak ediblər.

Onun sözlərinə görə, aksiyada toplanan qanlar irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların müalicəsində istifadə ediləcək.

Qeyd edək ki, "Qan Donorları Assosiasiyası" İctimai Birliyi respublikada irsi qan xəstəliklərindən (hemofiliya, talassemiya, leykomiya və s.) əziyyət çəkən insanlara könüllü qanın verilməsi və eyni zamanda qan donorluğunun inkişafına dəstək məqsədi ilə təssis edilib və bu istiqamətdə fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə