“Dövlətimiz hər bir vətəndaşın sağlamlığına xüsusi önəm verir” Bəxtiyar Abbasov
“Dünya ölkələri yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaqda və bununla da yenidən normal həyatın təmin edilməsində çətinlik çəkirlər. Virusun müalicəsi üçün Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən görülən tədbirlərə və əksər dünya ölkələrinin səylərinə baxmayaraq vaksinlər tapmaqda mümkün deyil. Ağır və çətin dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin vaxtında verdiyi qərarlar, Onun təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən qabaqlayıcı və effektiv tədbirlər nəticəsində ölkə ərazisində koronovirus infeksiyasının geniş yayılmasının qarşısının alınmasına nail olundu”. Bunu “Səs” qəzetinə açıqlamasında Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov deyib. Onun sözlərinə görə, görülən sərt karantin tədbirləri nəticəsində insanların sağlamlığı və təhlükəsizliyi təmin olunub: “Bu ilin yanvar ayında ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması haqqında sərəncam imzalamışdır. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı əsasında “Azəbaycan Respublikasında yeni koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilmişdir. Ölkə üzrə sərt karantin tədbirlərinin tətbiqi, infeksiyanın diaqnostikası məqsədilə testlərin vaxtında alınması və virusa yoluxan insanların müalicəsinin düzgün və uğurlu şəkildə aparılması dövlətimizin hər bir vətəndaşın sağlamlığına xüsusi önəm verdiyini göstərir. Stasiki açıqlamalara əsasən demək olar ki, bu günə qədər 20-yə yaxın labarotoriyada 500 min insanın testi aparılıb. Hazırda ölkəmizdə koronavirus xəstələri 22 dövlət xəstəxanasında müalicə olunur. Bu günlərdə Bakıda 575 çarpayılıq "Yeni klinika” və ölkəmizin 3 şəhərində ümumi çarpayı sayı 500-dən çox olan 3 yeni xəstəxana istifadəyə verilmişdir. Cənab Prezidentin göstərişi əsasında hər birində 200 çarpayı yeri olmaqla müasir modul tipli 10 xəstəxananın inşasına başlanılmışdır və bu günlərdə Fövqəladə Hallar Nazirliyinin modul tipli qosputalının açılış mərasimi keçirildi. Əhalinin maskaya və spirt məhlumarına olan ehtiyaclarını ödəmək üçün Prezident İlham Əliyevin tapşırığı əsasında mart ayında Sumqayıt şəhərində müəssisə yaradıldı”.
B.Abbasov onu da bildirdi ki, karantin dövründə evdə qalan və işsiz kimi qeydiyyata alınan 600 min insana aylıq 190 manat olmaqla yardım göstərildi: “Prezidentimizin Sərəncamı əsasında həkimlərin və aidiyyəti üzrə pandemiya ilə mübarizə sahəsində çalışan işçilərin əmək haqları əhəmiyyətli dərəcədə artırıldı. Aztəminatlı insanlara və sosial cəhətdən həssas qrupa aid edilən ailələrə yardımlar göstərildi. Sahibkarlara və işsiz vətəndaşlara dəyən zərərin ödənilməsi dövlət büdcəsindən, 3, 5 milyard manat maliyyə vəsaiti ayrılıb. Nəticədə 300 minə yaxın mikro sahibkarın maliyyə vəziyyəti təmin edilib. Ümumilikdə, 1 milyon 629 min işçinin, o cümlədən dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min işçinin əməkhaqqı saxlanılmaqla məşğulluğu təmin edilib. Bununla yanaşı işsizlikdən sığorta ödənişlərinin təmin edilməsi müddəti uzadılıb. Bütün bunlara əsaslanaraq demək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə pandemiyanın vurduğu zərərin azaldılması istiqamətində həyata keçirilən mütərəqqi görülər ölkələr üçün nümunə ola bilər”.
Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərindən ”Son aylar ərzində görülmüş işlərə baxmaq kifayət edər ki, hər kəs görsün nə qədər böyük işlər görülübdür. Biz təqribən 5 milyona yaxın insanı geniş sosial paketlə əhatə etdik. Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir, ancaq dövlət tərəfindən əməkhaqqı alır. 760 min insana lazımi maliyyə dəstəyi göstərildi və onların iş yerləri qorundu. Əks təqdirdə, 760 min insan işsiz qala bilərdi. Çünki onların çalışdıqları sektorlar pandemiya nəticəsində ən böyük zərər görmüş sektorlardır. Təbii ki, sahibkarlar, işəgötürənlər indi gəlir əldə etmirlər və beləliklə, yüz minlərlə insan işsiz qala bilərdi. Yenə də dövlət operativ tədbirlər nəticəsində dərhal bu məsələyə müdaxilə etdi. Əlbəttə ki, bu məqsədlər üçün böyük maliyyə resursları xərclənibdir. Altı yüz min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunubdur. Onlara artıq bir neçə ay ərzində 190 manat müavinət verilir. Hesab edirəm ki, bu sosial dəstək bundan sonra da davam etdirilməlidir” sitat gətirən B.Abbasov bildirdi ki, hazırda Azərbaycan virusa yoluxanların və vəfat edənlərin sayına, habelə sağalanların sayına görə ən yaxşı nəticələr nümayiş etdirən ölkələr sırasındadır: “Pandemiyaya qarşı mübarizədə əldə olunan uğurlara, xüsusi ilə də əhalinin sosial iqtisadi durumunun təmin olunmasında görülən işlərə, atılan müsbət addımlara görə, Prezident İlham Əliyevə minnətdarıq. Çünki, müsbət nəticələr məhz ölkə Prezidenti İlham Əliyevin pandemiyanın yayıldığı ilk gündən həyata keçirdiyi siyasətin nəticəsində mümkün olub. Bunu qədir bilən xalqımızda görür və yüksək qiymətləndirir. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirmişdir. Bütün bunlar pandemiyanın tamamilə aradan qaldırılaraq, ölkəmizdə normal yaşayışın təmin olunacağına əminlik yaradır”.
İLHAM
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB