Masallı Rayon İcra Hakimiyyəti başçısının I müavini təyin olundu

Masallı Rayon İcra Hakimiyyəti başçısının I müavini təyin olundu

Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədovun 3 sentyabr 2020-ci il tarixli əmri ilə Məmmədhüseyn Rizvan oğlu Hüseynov Masallı Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsinə təyin olunmuşdur.

Qeyd edək ki, M.Hüseynov 1981-ci ildə Masallı rayon Xırmandalı kəndində anadan olmuşdur.

1998-ci ildə Masallı rayon Xırmandalı kənd tam orta məktəbini bitirmişdir.

2003-cü ildə Odlar Yurdu Universitetinin Hüquqşünaslıq, 2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi münasibətlər və 2016-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Regional İdarəetmə fakultələrini bitirmişdir.

2004-2006-cı illərdə Masallı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində Məsləhətçi müfəttiş, 2006-2007-ci illərdə isə həmin Mərkəzin baş məsləhətçisi, 2007-2009-cu illərdə Masallı Rayon İcra Hakimiyyəti başçısının köməkçisi və 2009-cu ildən hal-hazıradək Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

M.Hüseynov 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvdür.

Ailəlidir, 2 övladı var.
Təbrik edirik!

ƏLİHÜSEYN ŞÜKÜROV

Bütün xəbərlər Facebook səhifəmizdə