Şərqi Anadoluda ermənilərin törətdiyi soyqırımı haqqında hekayələr kitabı nəşr olunub FOTO

Şərqi Anadoluda ermənilərin törətdiyi soyqırımı haqqında hekayələr kitabı nəşr olunub FOTO

Ermənilərin 1918-ci ildə Türkiyənin Şərqi Anadolu bölgəsində həyata keçirdiyi soyqırımlardan bəhs edən araşdırmaçı yazar Derya Akdemirin "Qaçaqaç hekayələri" qardaş Türkiyə Respublikasının Ankara şəhərində oxucuların ixtiyarına verilib. SİA xəbər verir ki, bu barədə müəllifin özü kitab haqqındakı fikirlərini açıqlayarkən bildirib.

Yazar Derya Akdemir Kurgan ədəbiyyat nəşrlərindən çıxan kitabın “Qaçaqaç” hekayələri seriyasından ilk kitab olduğunu vurğulayaraq, daha sonrakı hekayələrdə bütün Türk dünyasında ermənilərin törətdiyi soyqırımlarından bəhs edəcəyini vurğulayıb. Qeyd edək ki, kitabın ön söz müəllifi Dünya Gənc Türk yazarları Birliyinin məsləhət şurasının sədri, yazıçı-publisist Əkbər Qoşalıdır.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə