Deputat seçiciləri ilə görüşüb - FOTOLAR

Deputat seçiciləri ilə görüşüb - FOTOLAR

Milli Məclisin deputatı Azər Badamov bu gün pandemiya dövrünün tələblərini nəzərə alınaraq fərdi qaydada Qusarda seçicilərin qəbulunu keçirib. SİA-nın məlumatına görə, qəbula gəlmiş seçicilərin müraciətləri yol, qaz, fərdi evin tikintisi, yardım, internet, işlə və digər müxtəlif məsələlərlə bağlı olub. Deputat tərəfindən bütün müraciətlər nəzarətə götürülüb.

Müəyyən məsələlər yerindəcə həll olunub, digər məsələləri müvafiq mərkəzi icra orqanlarına müraciətlərin edilməsi üçün qeydə alınıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə