İlham Əliyev faktoru güclü lider, qüdrətli dövlət amilinin bariz göstəricisidir

İlham Əliyev faktoru güclü lider, qüdrətli dövlət amilinin bariz göstəricisidir

Aparılan sorğunun nəticəsi bir daha onu sübut edir ki, Prezident İlham Əliyev alternativsiz siyasi lider kimi xalqın inam ünvanıdır

Hər bir ölkənin sosial-iqtisadi inkişafının qiymətləndirilməsində nəzərə alınmalı olan faktorlardan biri də vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi, onların təhlükəsizliyinin təmin edilməsidir. Bugünükü qlobal problem olan koronavirusla bağlı ölkə rəhbəri də öz növbəsində bütün qabaqlayıcı və operativ tədbirlər həyata keçirir. Çünki xalqın bu virusun təsirindən müdafiəsi Azərbaycan dövləti üçün ən vacib və prioritet məsələdir. Azərbaycan güclü dövlətdir, öz vətəndaşlarını bütün növ təhlükələrdən etibarlı müdafiəsini təşkil etmək üçün zəruri potensiala malikdir. Bu günlərdə Sosial Tədqiqatlar Mərkəzi tərəfindən açıqlanan sorğunun nəticələri də bir daha sübut edir k, ölkə əhalisinin mütləq əksəriyyətinin Prezident İlham Əliyevin fəaliyyətini, Onun qlobal təşəbbüslərini, həyata keçirdiyi sosial-iqtisadi, siyasi islahatları, daxili və xarici diplomatiyanı, o cümlədən dünyanı bürüyən koronavirus pandemiyası dövründə gördüyü qabaqlayıcı tədbirləri tam dəstəkləyir. Bu, Azərbaycan reallığını əks etdirən sosioloji sorğunun nəticəsidir. Belə ki, hesabat 2020-ci ilin ikinci rübünü - aprel-iyun aylarını əhatə edir. Respondentlərin Prezidentə və hakimiyyətin hər üç qoluna (qanunverici, məhkəmə və icraedici) münasibətini öyrənmək məqsədilə bu qurumlara etibarlılıq öyrənilib. Belə ki, respondentlərin mütləq əksəriyyəti 90,8 faizi Prezidentə etibar etdiyini bildirib. Sənəddə, həmçinin xüsusilə də məhz korrupsiya hallarının qarşısının alınması ilə bağlı dövlət başçısının həm kadr islahatlarının, həm də institusional islahatların aparılması ilə bağlı responentlərin 95,2%-i Prezident tərəfindən icra başçılarının vəzifədən azad olunmasında ictimai rəyin olması fikrindədir. Həmçinin bu istiqamətdə ölkə Prezidentinin fəaliyyəti 56,1% respondent tərəfindən çox səmərəli və bundan sonra da daha uğurlu olacaqları bildirilir.

Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi fəaliyyəti ilə bağlı keçirilən bütün sorğuların nəticələri həmişə yüksək rəqəmlərlə müşahidə olunur.

Ardıcıl və düşünülmüş siyasi kurs

Bütün bunlar nəyi ifadə edir? Hər şeydən əvvəl onu vurğulayaq ki, Azərbaycanda dünyanın nüfuzlu sorğu mərkəzləri tədqiqat aparıblar. Heç kəs unutmamalıdır ki, reallıqda siyasətçinin sözünə yox, həyata keçirdiyi işlərə qiymət verilir. Prezident İlham Əliyev də məhz 17 illik fəaliyyətinə görə Azərbaycanda yeganə lider olduğunu sübut etmişdir. Həmçinin, bu sorğu bir daha sübut edir ki, Azərbaycanda İlham Əliyev siyasi lider kimi, alternativsiz lider kimi xalqın inam ünvanıdır.

Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığına bariz nümunədir

Bu real faktordar ki, ölkə rəhbərinin qlobal təhlükə ilə mübarizədə ön sırada durması, vətəndaşlarını pandemiya təhlükəsindən qoruması mübarizədə iştirak edən digər insanlarda stimul, həvəs yaradır. Hər kəs çalışır ki, ölkə Prezidenti kimi ümumi bəla ilə mübarizə aparsın, əlindən gələni etsin. Odur ki, Azərbaycanın bu sahədə mütəxəssis olan həkimləri, tibb bacıları, ümumən tibb personalı gecə, gündüz demədən işləyir, karantində olan vətəndaşlara, virusa yoluxmuş şəxslərə xidmət edirlər. Çox qürurvericidir ki, hər zaman olduğu kimi cənab İlham Əliyev həkimlərin əməyini, fədakarlığını yüksək qiymətləndirib.

"Pandemiya ilə əlaqədar Azərbaycan həkimlərinə xüsusi diqqət göstərilir. Prinsip etibarilə, səhiyyə sistemində çalışan insanlar daim dövlət tərəfindən qayğı ilə əhatə olunur. Tikilmiş xəstəxanalar həkimlərin iş yeridir və həkimlərin həm iş yerlərinin müasirləşdirilməsi, eyni zamanda, onların maliyyə vəziyyətinin yaxşılaşdırılması daim diqqət mərkəzində olub. Pandemiya dövründə bu diqqət daha da genişmiqyaslı olub". Bunu dövlət başçımız İlham Əliyev avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında videoformatda çıxışı zamanı bildirib.

Dövlət başçısı bildirib ki, görülən işlər bu gün öz nəticəsini verib: "Görülən bütün işlər öz səmərəsini verir. Təsadüfi deyil ki, son həftələr ərzində COVID ilə mübarizədə vəziyyət daha müsbətdir. Biz müsbət dinamikanı görürük və ümid edirəm ki, bu dinamika bundan sonra da qorunub saxlanılacaq".

Prezident İlham Əliyev bütün bu nailiyətlərə düşünülmüş addımlar atmaqla, Ümumdünya Səhiyyə Təşkilatı ilə ilk günlərdən sıx təmasda olmaqla nail olunduğunu deyib: "Bu gün də bu təmaslar davam edir. Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda bu sahədə görülən işlərə çox yüksək qiymət vermişdir və Azərbaycanı nümunəvi ölkə adlandırmışdır. Bu, həqiqətən də belədir. Yəni, görülmüş işlər, bu sahəyə ayrılan dövlət vəsaiti, səfərbərlik işləri, xəstəxanaların, laboratoriyaların inşası, sosial proqramların həyata keçirilməsi, bütün bunlar, əminəm ki, bizim mübarizədə əsas rol oynamışdır. Ona görə bu gün də bu təmaslar davam edir və əminəm ki, birgə səylərlə biz bu məsələni - COVID-in nəzarətdə saxlanmasını təmin edəcəyik".

“İnsanların rifahı, onların sosial vəziyyəti və əlbəttə ki, sağlamlığı bizim üçün əsas məsələdir”

Bu gün birmənalı şəkildə demək olar ki, Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində əhalinin bütün təbəqlərinin, xüsusi ilə də, sosial cəhətdən həssas insanların sosial-rifah halı dahada yaxşılaşır.

“Əsl siyasət konkret, real iş görməkdən ibarətdir”- deyən dövlət başçısı İlham Əliyevin ötən illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar cənab Prezidentin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, gerçəkliyə adekvat olduğunu göstərmişdir. Çünki bugünkü Azərbaycan vətəndaşı həyata başqa nəzərlərlə baxır, özünə və ölkəsinin bundan da daha böyük uğurlar əldə edəcəyinə inanır. Bu inam hər il görülən daha böyük uğurların nəticələrini gördükcə sabaha daha böyük bağlılıqla inanır. Bu yerd Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi bu fikirləri bir daha yada salmaq istərdim: "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevıriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Ulu Öndər Heydər Əliyevin siyasətini davam etdirəcəyəm".

“Vətəndaşlarımız bir daha gördülər ki, Azərbaycan dövləti və Prezidenti daim onların yanındadır”

İctimai rəydə birmənalı olaraq səslənən fikir ondan ibarətdir ki, Prezidentin sosial siyasəti həqiqətən də, inqilabi xarakter daşıyır. Vətəndaşlarımız bir daha gördülər ki, Azərbaycan dövləti və Prezidenti daim onların yanındadır. Hər hansı bir forsmajor situasiya yaranarsa, dövlət onların problemlərini həll etməyə qadirdir. Bunun üçün Azərbaycan Prezidentinin siyasi iradəsi var. Bir sözlə, mövcud faktlar bir daha təsdiq edir ki, Prezident İlham Əliyev Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirləri davam etdirir. Əhalinin sosial təminatı sahəsində bütün lazımi tədbirlərin görülməsi isə, heç şübhəsiz, Azərbaycanda əhalinin həyat şəraitinin yüksəldilməsi istiqamətində müntəzəm addımların atılmasını bir daha sübut edir. Çünki Prezident İlham Əliyevin 17 illik Prezidentlik fəaliyyətində həyata keçirdiyi sosial-iqtisadi və siyasi islahatlar müasir Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirib, regional gücünü və qlobal əhəmiyyətini kifayət qədər artırmış olub. Ancaq daha bir fakt budur ki, tale hər bir xalqa bu cür mühüm xarizmalara sahib ola biləcək lider bəxş etmir. Və nə xoşdur ki, Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyev dühasının tarixi Liderliyini qəbul etməklə, yaşatmaqla bərabər, hazırda Onun layiqli davamçısı İlham Əliyev Liderliyi dövrünü yaşayır! Bununla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan strateji kurs daxili ictimai-siyasi sabitliyi və tərəqqini də ən yüksək səviyyədə təmin edib.

Prezident İlham Əliyev tarixi çıxışlarının birində vurğulayıb ki, Azərbaycan bu gün dünya üçün çox önəmli tərəfdaşa çevrilib: “Bu gün Azərbaycanın dünyada artan hörməti, eyni zamanda, bizim prinsipial mövqeyimizdən qaynaqlanır. Bizim tərəfdaşlarımız bilirlər ki, Azərbaycan etibarlı tərəfdaşdır. Bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur”.

Budur xalqa qayğı, budur hər bir vətəndaşın Prezidenti olmaq. Çünki hər bir ölkənin sosial-iqtisadi inkişafının qiymətləndirilməsində nəzərə alınmalı olan faktorlardan biri də vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi, onların təhlükəsizliyinin təmin edilməsidir. Sözsüz ki, bütün bunlar ölkə Prezidenti İlham Əliyevin düşünülmüş uğurlu siyasəti nəticəsi və xalqın öz Prezidentinə inamıdır.

Beləliklə, keçirilən bütün sorğular bir daha onu təsdiqləyir ki, İlham Əliyev faktoru güclü lider, qüdrətli dövlət amilinin bariz göstəricisidir.

Beləliklə, yuxarıda misal göstərdiyimiz sorğuların nəticələri arxasında məhz bu istiqamətdə aparılan və böyük zəhmət tələb edən işlər durur! Və respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayacaq və dövlət başçımızın dediyi kimi – “Əminəm ki, dövlətimiz və xalqımız bu sınaqdan da üzüağ çıxacaq”.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə