"Koronavirusla mübarizə həm də iqtisadiyyatımızın gücünü göstərdi" ÖZƏL-MÜNASİBƏT

"Koronavirusla mübarizə həm də iqtisadiyyatımızın gücünü göstərdi" ÖZƏL-MÜNASİBƏT

“Bu ilin mart ayından başlayaraq ölkəmizdə "COVİD 19" pandemiyasına qarşı kəskin mübarizə aparılır”. Bunu SİA-ya İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev ölkə əhalisinin sağlamlığının iqtisadiyyatdan daha önəmli olduğunu qeyd edərək bunun üçün əməli addımlar atdı: “Sosial paketlər həyata keçirildi, dövlətimiz tərəfindən aztəminatlı ailələrə dəstək göstərildi və bununla yanaşı koronaviruslu xəstələrin müalicəsi üçün də yeni modul tipli xəstəxanalar istifadəyə verildi ki, bu da ölüm faizini aşağı saldı. İstifadəyə verilən modul tipli yeni xəstəxanalar "COVID-19" xəstələrinin müalicəsində böyük rol oynadı. Az bir vaxtda bu qədər modul tipli xəstəxanın istifadəyə verilməsi həm də ölkə iqtisadiyyatının gücünü göstərdi. Dünyanın bir çox inkişaf etmiş ölkərində virusa yoluxmuş xəstələr üçün xəstəxanalar çatışmadığı bir vaxtda cənab Prezidentin tapşırığı ilə ölkəmizdə qısa vaxt ərzində yüksək səviyyəli bir neçə modul tipli xəstəxana istifadəyə verildi”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə